AZƏRBAYCAN BAYRAĞINA QARŞI HÖRMƏTSİZLİK –
Rusiya Federasiyasında yaşayan azərbaycanlı oxucularımızdan biri tərəfindən “Hürriyyət” qəzetinin redaksiyasının müraciət daxil olub. Şikayətçi Azərbaycan bayrağına qarşı hörmətsizlik olunmasına etiraz edir. Məlumat verir ki, Rusiyanın Çelyabinsk (“Челябинская”) bazarında Azərbaycan bayrağının rəngləri əks olunan qutular istifadə olunduqdan sonra zibillik sahəsinə atılır ki, bu da bayrağımıza qarşı aşkar sayğısızlıqdır:

“Belə bir sual ortaya çıxır: gömrük və digər qurumlar hara baxırlar? Vətənpərvərlik vətənini, dövlətini, xalqını, millətini sevməkdir! Onun inkişafına, rifahına çalışmaq, töhfələr verməkdir!

Üçrəngli bayrağımız milli birliyimizin təcəssümü, şəhid ruhlarının daşıyıcısıdır. Bayraq dövlətin əsas atributlarından biridir. O, müstəqiliyin və mövcudluğun rəmzidir. Hər bir ölkə öz bayrağı ilə dünyada tanınır.

Təəssüf ki, bəzi hallarda ya bilərəkdən, ya da bilməyərəkdən bayrağımıza qarşı hörmətsizlik olunur. Bu rənglərdən asanlıqla hər kəs öz mənfəəti üçün istifadə etməməlidir. Biz öz bayrağımıza, onun rənginə belə dəyər veririksə, onda başqa millətdən nə gözləyək?

Ən çətin günlərdə qoruduğumuz, uğrunda şəhidlər verdiyimiz bayrağımızın rəngləri indi hansısa ölkənin zibil sahəsinə atılır. Azərbaycanlı olan hər bir şəxs bu hadisəyə ciddi yanaşmalı və səhvini mütləq şəkildə düzəltməlidir.

Bir əsrdən çox yaşı olan bayrağımız tarixin bir çox hadisələrinə şahidlik etmiş, çətin sınaqlardan üzüağ çıxmışdır. Özümüz-özümüzə bu hərəkəti əsla etməməliyik”.

Məsələ ilə bağlı Bakı Dövlət Universitenin (BDU) Tarix kafedrasının müəllimi, politoloq Teymur Qasımlı ilə həmsöhbət olduq. O, bu kimi halların yolverilməz olduğunu bildirdi:

“Hər bir dövlətin öz atributları, dövlət simvolları çox önəmlidir. Çünki bu, dövlətin olması üçün vacib atributlardan və vacib məqamlardan biridir. Azərbaycan Respublikasının 3 rəngli bayrağı isə, mənə görə, dünyanın ən gözəl və ən mənalı bayraqlarından biridir. Azərbaycan Respublikasının bayrağının yaradıcısı, fikir babası Əlibəy Hüseynzadədir. Bayrağımızın siyasi olaraq yaradıcı isə Məhəmməd Əmin Rəsulzadədir. O bayrağın yaşaması, yaranması və cumhuriyətimizin işğalından sonrada bayrağın yaşaması və dalğalanması üçün də Məhəmməd Əmin Rəsulzadə müstəsna əhəmiyyətə, rola malik dövlət xadimimiz olub. Və Azərbaycanın qurtuluş ideoloqu, istiqlal çarçısı olub.

1991-ci ildə Azərbaycan bayrağı ikinci dəfə yenidən müstəqil Azərbaycanda dalğalandı. Əlbəttə, müstəqil dövlətimizdə belə hadisələrin baş verməsi yaxşı hal deyil. Bu, Azərbaycan Respublikasının vətəndaşı olaraq, şəxsən məni narahat edir, incidir. Mənim şəxsi düşüncəmə görə, belə hadisələrin baş verməsi insanların milli mənsubiyyətinə, dövlətə, bayrağa, millətə olan biganəliyindən irəli gəlir. Ona görə də, bu hadisələrin baş verməməsi üçün vətəndaşlarımız ilk növbədə gərək milli vətənpərvər, milli ruhlu olsun.

Bird aha deyirəm, sizin qaldırdığınız məsələ heç də xoş hadisə deyil, bunu hər bir Azərbaycan Respublikasının vətəndaşı qınamalı və bu kimi hallara qarşı ictimai qınaq ortaya qoyulmalıdır. Bu halın olmaması üçün isə insanın içində millət, vətən sevgisi, vicdan olmalıdır.

Azərbaycan Respublikasının dövlət atributlarının, dövlət rəmzlərinin qorunması üçün qanun var. Həmin qanuna əsasən, mütləq bu hadisəni törədənlər cəzalandırılmalıdır.

Əlbəttə, müəyyən bəlirli çərçivədə Azərbaycan Respublikasının dövlət maraqlarını təcəssüm etdirən, dövlət sifarişi ilə istehsal olunan bayraq şəkilləri, poçt markaları və s. hazırlana bilər. Amma, ümumi olaraq, mən bunun tərəfdarı deyiləm. İnsanın gərək millət, vətən sevgisi olsun. Ən önəmlisi də Azərbaycan milliyətçisi olsun, bayrağını, dövlət rəmzlərini, millətini, torpağını sevsin. İnsanın içində bir milli vicdan olmalıdır.

Ona görə də dövlət rəmzləri ilə bağlı olan məsələlər qanun çərçivəsində həll olunmalıdır, Azərbaycan Respublikasının Konstitusiyasına, Cinayət Məcəlləsinə uyğun tədbirlər görülməlidir. Bütün bunlardan əlavə, vətəndaşların özündə də məsuliyyət olmalıdır”.
b_400_300_16777215_00_https___teref.az_uploads_posts_2024-07_1719863750_2.jpg
b_400_300_16777215_00_https___teref.az_uploads_posts_2024-07_1719863750_3.jpg
b_400_300_16777215_00_https___teref.az_uploads_posts_2024-07_1719863751_4.jpg
Jalə FAMİLQIZI
 

Bölmənin digər xəbərləri

23 Noyabr 2024 “Yaşasın Azərbaycan!” şüarına görə həbs? - İstintaq Komitəsi hərəkətə keçdi...
23 Noyabr 2024 Almaniya-Azərbaycan münasibətlərində yeni gərginlik: Nazir Annalenanın COP29 qalmaqalı
23 Noyabr 2024 Rusiyadakı azərbaycanlılar təhlükədə – Putinin dedikləri qorxuya saldı
23 Noyabr 2024 Lüksemburq Nümayəndələr Palatası Fransanın "züy tutanı"dır...
22 Noyabr 2024 Ermənistanda istefaların səbəbi məlum oldu – Nazirlər Paşinyanı aldadıblar
21 Noyabr 2024 Rusiyada erməni diasporu liderinin oğlu hamının gözü qarşısında qızı saçından tutub sürüdü
21 Noyabr 2024 Bakıda işləmiş kritik isim Ərdoğanın yanına göndərildi - Nələr baş verir?
21 Noyabr 2024 Avropa Komissiyasının yeni tərkibi - Təsdiqləndi
21 Noyabr 2024 “Qiyamət balığı” son bir əsrdə 22-ci dəfə göründü – Pis xəbərlərin əlamətidir
21 Noyabr 2024 Əraqçidən fransalı həmkarına etiraz: - yeni sanksiyaların qəbulu əsassızdır
21 Noyabr 2024 FETÖ-nün gizli evlərinə basqın: Fətullah Gülənin əsas mühafizəçilərindən biri ələ keçdi
20 Noyabr 2024 Lavrov: Fransa Ukraynadakı münaqişədə birbaşa iştirak edir
20 Noyabr 2024 Şiddətli fırtına zamanı kruiz gəmisində “Titanik” musiqisi səsləndirildi
20 Noyabr 2024 Tiflisdən SON DƏQİQƏ: Çavçavadze prospektində etirazçılar aksiya keçirməyə davam edir - FOTO, VİDEO
20 Noyabr 2024 Braziliyada prezidentə sui-qəsd cəhdində şübhəli bilinən şəxslər saxlanılıblar
20 Noyabr 2024 Hikmət Hacıyev amerikalı parlamentariləri sərt tənqid etdi
19 Noyabr 2024 “Freedom House”dən görünməmişhəyasızlıq - Bakıdan şillə kimi cavab
19 Noyabr 2024 Rusiya nümayəndəsinin BMT-dəki çıxışı: Vasiliy Nebenzya - “Ukrayna, İngiltərənin sülh sazişindən imtina etdirmə cəhdlərini uzun müddət unutmayacaq”
19 Noyabr 2024 Siyarto Leyen və Borrelli Ukrayna münaqişəsində uğursuzluğun əsas səbəbkarı kimi göstərib
19 Noyabr 2024 “Qazprom” “Forbes”in Rusiya şirkətləri reytinqinə başçılıq edir - Siyahı

Dünyapress TV

Xəbər lenti