İlk yayımlanma zamanı: 01.10.2023 (19:32) Milyarder Qarabağa getdikdən sonra Rusiyadakı bütün biznesini arvadının idarə etdiyi “Q Capital” şirkətinin idarəçiliyinə verib “Laçın” postunda saxlanılan qondarma separatçı rejimin “dövlət naziri” vəzifəsində çalışmış Ermənistan vətəndaşı Ruben Vardanyan barəsində Səbayel Rayon Məhkəməsi dörd aylıq həbs qətimkan tədbiri seçib.
1968-ci il təvəllüdlü R.Vardanyana Cinayət Məcəlləsinin 214-1 (terrorçuluğu maliyyələşdirmə), 279.3 (qanunvericiliklə nəzərdə tutulmayan silahlı birləşmələrin və ya qrupların yaradılmasında və fəaliyyətində iştirak etmə) və 318.1-ci (Azərbaycan Respublikasının dövlət sərhədini qanunsuz olaraq keçmə) maddələri ilə ittiham irəli sürüb. Hazırda Dövlət Təhlükəsizlik Xidmətində onun istintaqı davam edir.
Rusiya mediası onun bu ölkədəki biznes və əmlakları haqda yazıb.
Məlumdur ki, Ruben Vardanyan Rusiyada “Troyka Dialoq” investisiya şirkətinin təsisçisi kimi məşhurlaşıb. Qərb jurnalistlərinin araşdırmasına görə, bu şirkət vasitəsilə Rusiyadan xaricə təxminən 4,6 milyard dollar çıxarılıb. O, “Skolkovo” məktəbinin ilk prezidenti və “Rosqosstrax”ın idarə heyətinin üzvü kimi tanınıb.
Məlumata görə, milyarder Qarabağa getdikdən sonra Rusiyadakı bütün biznesini “Q Capital” şirkətinin idarəçiliyinə verib. Onun nizamnamə kapitalı 4,5 milyard rubl, keçən ilki gəliri 800 milyon rubl təşkil edib. “Q Capital”ın sahibləri isə “TD Advisors” offşor şırkəti və Vardanyanın həyat yoldaşı Veronika Zonabenddir
Ümumilikdə, Ruben Vardanyan “Q Capital”ın nəzarəti altında olan bir neçə şirkətinin səhmlərini dövr edib. Söhbətin hansı şirkətlərin səhmlərindən getdiyinə baxaq. "Avtoinvest"in 20 faizi. 2021-ci ilin dekabrına olan məlumata görə, “Avtoinvest” “KamAZ” səhmlərinin 23,54%-nin sahibi olub. Maliyyə hesabatlarına görə, 2022-ci ildə “Avtoinvest” in xərcləri 3,5 milyard rubl təşkil edib, xalis aktivləri isə 16 milyarddan 13 milyard rubla qədər azalıb.
“Feelgood” Konstaltinq Bürosunda 60 faiz paya sahib olan Vardanyanın bu bürosu audit və risklərin qarşısının alınması da daxil olmaqla, Rusiyadakı xeyriyyəçi QHT-lərə hüquqi, maliyyə, piar və qrant dəstəyi xidmətləri göstərir. Ümumi “çirkli gəliri” ildə təxminən 150 milyon rubl təşkil edir, lakin rəsmi xalis gəliri cüzidir.
“Atlanta” və “Atlanta Şimal-Qərbi” adlanan qapalı biznes klubunda da biznesmenin 85 faiz payı var. Mövcud olduğu beş il ərzində gəlirlər yüz milyondan üç yüz milyona qədər artıb, keçən il də xalis mənfəət əldə edib.
"Vosxod"adlı qiymətli kağızlar dillerində 25 faiz payı olsa da, məlumatlara görə, ötən il təxminən 200 milyon rubl dəyərində aktivlərini itirib.
Həmçinin, Vardanyanın həyat yoldaşının nəzarət etdiyi "Q Capital"ın idarəetməsində faydalı qazıntıların çıxarılması üçün lisenziyası olan Belqorod sənaye parkında "Kombinat" şirkəti və Moskva yaxınlığında plastik istehsal edən zavod var.
Daşınmaz əmlaklarına gəlincə, Kremlin bir neçə addımlığındakı Arbat ərazisində yerləşən “Romanov Dvor” biznes mərkəzi Vardanyan ailəsinin mülkiyyəti olaraq qalır. Bu, Moskvadakı ən bahalı kommersiya məqsədli daşınmaz əmlaklarından biridir. Hazırkı qiymətlərlə hər il təxminən 3 milyard rubl gəlir əldə edə bilər.
Rusiya KİV-lərinin məlumatına görə, Vardanyanın qohumları, o cümlədən həyat yoldaşı Veronika Zonabend hazırda Rusiya paytaxtındadır. Çox güman ki, onlar "Romanov" dəbdəbəli yaşayış kompleksində ("Romanov Dvor" biznes mərkəzi ilə üzbəüz yerləşir) təxminən 400 milyon rubl dəyərində 230 kvadratmetr sahəsi olan bir mənzildə yaşayırlar. Bu bina SSRİ-də Xruşşov, Molotov, Voroşilov, Kosıgin, Budyonnı, Jukov və digər partiya rəhbərlərinin yaşadığı qraf Şeremetyevin keçmiş yaşayış binalarının məhəlləsinə aiddir. İndi modern şəkildə təmir olunub və əla görünüşə sahibdir. Qapı şir heykəlləri ilə “qorunur”. Qədim fənərlərlə işıqlandırılan həyətdə inqilabdan əvvəlki aristokratik ab-hava yaradır. Bütün mənzillər ağıllı ev sistemləri ilə təchiz olunub.
Ruben Vardanyan Rusiya vətəndaşlığından imtina edənə qədər Moskvada “Petrovski həyəti”ndə 150 kvadratmetr ərazidəki mənzildə qeydiyyatda olub. Bura III Aleksandrın dövründə tikilmiş altı tarixi malikanə olan eksklüziv yaşayış kompleksidir. 7/24 mühafizə olunur, nəzarət-buraxılış məntəqəsi, ətrafda kameralar var. Vardanyanların bu daşınmaz əmlakının qiyməti də150 milyon rubl qiymətləndirilir.
Vardanyanlar ailəsinin Tverskaya küçəsindəki “Stalinka” binada da təxminən qiyməti 70 milyon rubl olan mənzili var. Bu, Qalina Vişnevskaya, Mstislav Rostropoviç, Georgi Sviridov və başqa musiqi elitasının yaşadığı Stalin dövründəki binadır.