"Azərbaycanlı millət vəkili Qənirə Paşayevaya Allahdan rəhmət diləyirəm , qardaş Azərbaycan xalqına başsağlığı verirəm".
Cebhe.info xəbər verir ki, bunu Ankara Böyükşəhər Bələdiyyəsinin sədri Mansur Yavaş azərbaycanlı deputat Qənirə Paşayevanın vəfatı ilə bağlı özünün tviter hesabında yazıb.
"O, türk dünyası uğrunda apardığı mübarizə ilə yaddaşlarımızda və tariximizdə bundan sonra da xatırlanacaqdır" - deyə Mansur Yavaş əlavə edib.