Ermənistanda ruspərəstlərin sosial bazası zəifləyir - GƏLİŞMƏ
Ermənistan Qarabağı tərk edən ermənilərin statistikasını açıqlayıb: 50243 nəfər;
Qarabağda bu qədər erməninin olmadığı, rəsmi İrəvanın rəqəmləri şişirtdiyi bəllidir. Çünki, Azərbaycanın əlində olan faktlar da isbat edir.

Hələ 44 günlük müharibədən sonra Rusiya sülhməramlıları erməniləri Qarabağa qaytarmağa başladı və son açıqladıqları statistika 52 min 700 nəfər idi. Bu rəqəmdən sonra statistika yenilənmədi;

- Ermənistan və separatçılar 120 min erməninin olduğu iddiasından əl çəkməsə də, 2021-ci ilin iyun ayında Araik Arutyunyan Paşinyanla münasibətlərinə görə ona qarşı irəli sürülən ittihamlara “Ermənistanla əlaqələr qurmadan 35 min “vətəndaşın” sosial probleminin həllini necə təsəvvür edirsiniz?” cavabını vermiş, bununla da erməni əhalisinin real sayını etiraf etmişdi;

Digər tərəfdən sual yaranır ki, ermənilərin kütləvi şəkildə köçməsinin və ya köçməyə çağrılmasının arxasıbda nə dayanır?

TEREF.AZ-ın məlumatına görə, hadisəyə münasibət bildirən Türk Ağsaqqalları Birliyinin sədr müavini, “Vikipediya” üzrə mütəxəssis, diaspor üzrə araşdırmaçı-ekspert Elnur Eltürk “Sherg.az”a söyləyib ki, neçə gündür ermənilərin niyə Qarabağdan kütləvi köç etdiklərini düşünür:

“Ola bilər ki, Qarabağ ermənilərindən Paşinyana qarşı ciddi müxalifət formalaşdırmağa çalışacaqlar. Çünki indiki şəraitdə Rusiya Paşinyana qarşı ciddi müxalifət formalaşdıra bilmir. Həmçinin getdikcə, Ermənistanda ruspərəstlərin sosial bazası zəifləyir. Ümid isə Qarabağ ermənilərinə qalıb. Ola bilər ki, burda məqsəd həm də kütləvi köçlə Ermənistanda xaos yaratmağa nail olmaqdır. Yəni Rusiyanın istəyi Paşinyanı kütləvi mitinqlərlə devirməkdir. Həm də Qarabağda Ermənistanın, separatçıların uğursuzluğunu Paşinyanın üstünə atmaq istəyirlər”.

Bölmənin digər xəbərləri

22 Aprel 2025 Bu respublikada 1928-ci ilə qədər rəsmi dil Azərbaycan dili olub
22 Aprel 2025 ABŞ bütün bayraqları yarıya endirib
22 Aprel 2025 “Sülh sazişi imzalanmayınca Orta Dəhlizin işləməsi mümkün deyil və onun bir parçası kimi Zəngəzur dəhlizi...”
22 Aprel 2025 Paşinyan Bakıda tez-tez təkrarlanan cümləni dedi – Gözlənilməz qərar
21 Aprel 2025 İtaliyada mafiyanın sonunu gətirən HADİSƏ - FOTO
21 Aprel 2025 Səmada uçan naməlum obyekt göründü - VİDEO
21 Aprel 2025 Tramp düşünür ki, Ukrayna və Rusiya bu həftə sülhə razılaşacaq
21 Aprel 2025 Kremldən türk liderə xəbərdarlıq — Putini qəzəbləndirən qərar verildi
21 Aprel 2025 ABŞ Zaporojye “AES”in ətrafındakı ərazilərə nəzarət etmək istəyir - KİV
21 Aprel 2025 Obamalar 70 milyonluq sərvəti bölə bilmirlər
20 Aprel 2025 İtaliya baş nazirinin müavini ABŞ-İran danışıqlarının keçirildiyi məkana şortla gəlib
20 Aprel 2025 2040-cı ilə qədər dünyanın bu hissələri su altında qalacaq – Alimlərdən xəbərdarlıq /XƏRİTƏ
20 Aprel 2025 Dağıstanda fövqəladə vəziyyət elan olundu
20 Aprel 2025 ABŞ-la danışıqlar alınmasa, müharibəyə hazırıq - Arakçı
20 Aprel 2025 Paşinyan artıq yeni müharibə təhlükəsindən qorxmur – Səbəb nədir?
20 Aprel 2025 Türkiyəli nazir: “Orduya göndərməyə gənclər tapmaya bilərik
19 Aprel 2025 Trampın yüksək vəzifə verdiyi Mehmet Öz kimdir?- DOSYE
19 Aprel 2025 Dmitri Qordon: "İlham Əliyev dəqiq dedi, təşəkkür edirəm" - Video
19 Aprel 2025 Bunu etmək üçün insan gərək vicdansız olsun
19 Aprel 2025 23 milyon insan təhlükədə – 8 bal gücündə zəlzələ gözlənilir

Dünyapress TV

Xəbər lenti