“Rusiya Qarabağ münaqişəsinin həllində qalib gəldi. Çünki, o, Cənubi Qafqazda indiki vəziyyətdə ölkəmizə açıq-aşkar dostluq göstərməyən Avropa İttifaqının, ABŞ-ın və digər müxtəlif xarici oyunçuların yaratdığı son dərəcə təhlükəli problem düyününü açdı”.
Bizim.Media xəbər verir ki, bunu rusiyalı jurnalist, politoloq Maksim Şevçenko deyib.
Qarabağın Azərbaycan ərazisi olduğunu xüsusi vurğulayan Şevçenko bildirib ki, problemin öz həllini tapması ilə Ermənistan heç də uduzmayıb:
“Qərb tərəfindən bu manipulyasiya ehtimalının aradan qaldırılması əla nəticədir. Erməni məsələsindən pul qazanan, özlərinə siyasi ad yaradan və regionda geosiyasi manipulyasiyalar aparmağa çalışan lobbi məğlub oldu. Ermənistan isə işğaldan əl çəkməklə qalib gəldi”.