“Biz Qarabağda antiterror tədbirlərinə başlayan can Azərbaycanın yanındayıq. Ayağınıza daş dəyməsin!”.
Bunu Türkiyənin Məmləkət Partiyasının sədri Muharrem İnce “X” hesabında yazıb.
O, Ermənistan silahlılarının Qarabağda basdırdığı minanın partlaması nəticəsində şəhid olan Azərbaycan polislərinə Allahdan rəhmət diləyib.
Karabağ'da Ermeni güçlerin döşediği mayının patlaması sonucu şehit olan Azerbaycanlı polislerimize Allah'tan rahmet diliyorum. Karabağ'da antiterör operasyonu başlatan can #Azerbaycan'ın yanındayız. Ayağınıza taş değmesin