|
Azərbaycan BBC yayım şirkətini ermənipərəst mövqeyinə və Qarabağ hadisələrini qərəzli işıqlandırmasına görə tənqid etdikdən sonra BBC-nin sözçüsü Musavat.com-a aşağıdakı bəyanatı göndərib:
“Qarabağdakı hadisələri öz xəbər proqramlarında işıqlandırmağa davam edən BBC bunu lazımi qərəzsizliklə etmək və müxtəlif mövqelərdən çıxış edən şəxslərin fikirlərini eşitmək prinsipinə sadiq qalmaqdadır. Yaxın günlərdə biz, "BBC News" xəbərlərində Azərbaycanın mövqeyini eşidəcəyik.
“Bundan başqa, BBC-nin Azərbaycanca xidməti öz auditoriyasını qərəzsiz və müstəqil xəbər və məlumatla təmin etmək prinsipinə sadiq qalmaqdadır”.
Xatırladaq ki, rəsmi Bakı BBC jurnalistinin “Dağlıq Qarabağ: İnsanlar çörək növbəsində huşlarını itirirlər” reportajı, həmçinin ifaçı Serj Tankyan və separatçı Artak Beqlaryanın Azərbaycana qarşı ittihamların səsləndirildiyi televiziya şousunu tənqid edib.
Bundan sonra Azərbaycan Mətbuat Şurası BBC-nin Bakı ofisini bağlamaga, Britaniya radiostansiyasını isə hadisələrin birtərəfli və qərəzli işıqlandırmasına görə üzr istəməyə çağırıb.
Musavat.com