Livandakı erməniləri bu dəfə Türkiyəyə qarşı təxribat törədib.
Ermənilər Türkiyə yük maşınlarının Livana keçidini əngəlləyib.
Yük maşınlarına və sürücülərinə boya və çürük yumurta atılıb, maşınların üzərində türkləri təhqir edən ifadələr yazılıb.
Türk yük maşınları Livana gedə bilməyib və geri qayıdıb.
Qeyd edək ki, 50-yə yaxın erməni əsilli şəxs Azərbaycanın Livandakı səfirliyinə hücum edib.
Ermənilər binanın ətrafındakı hasara zərbələr endirib, özləri ilə gətirdikləri içərisində boya olan və partlayıcı bərkidilmiş şüşələri səfirliyin inzibati binasına atıblar. Hücum nəticəsində səfirliyin heyəti xəsarət almayıb.
Səfirliyə qarşı törədilən bu hücumla əlaqədar cinayətkarların aşkarlanması və həbs edilməsi məqsədilə, Livanın Xarici İşlər Nazirliyinə müvafiq nota təqdim edilib və aidiyyəti üzrə tədbirlər həyata keçirilir.