Moldovanın qaz ehtiyatı açıqlandı
Moldovanın qaz ehtiyatları ən azı 2023-cü ilin sonunadək kifayət edəcək.

Trend xəbər verir ki, bu barədə Moldovanın "Energocom" dövlət şirkətinin inzibati şurasının üzvü Aleksandr Slusar özünün "Facebook" sosial şəbəkəsindəki səhifəsində yazıb.

"Energocom"un qaz ehtiyatları 2023-cü ilin sonunadək kifayət edəcək. Lakin biz dayanmırıq, satınalmalar davam edir", - deyə Slusar bildirib.

Qeyd edək ki, 2021-ci ilədək Moldova təbii qazın bir mənbəyindən - Rusiyadan 100 faiz asılı olub. 2022-ci ilin dekabrından isə ölkə Rusiyanın "Qazprom" şirkətinin tədarük etdiyi qazın istehlakından imtina edərək, Avropa bazarlarından təbii qaz satın almağa başlayıb.

Bu yaxınlarda isə Moldova Respublikasının Energetika Nazirliyinin dövlət katibi Konstantin Borosan Moldovanın Azərbaycandan təbii qaz satın almaqda maraqlı olduğunu bildirmişdi.
 

Mənzil İnşaatı Dövlət Agentliyinin (MİDA) mənzilləri daşınmaz əmlak bazarına daxil olduğu müddət ərzində bazarda qiymətlərin xeyli artdığına baxmayaraq, “sosial mənzillər”in dəyəri demək olar sabit qalıb.

Bunu “Report”a açıqlamasında daşınmaz əmlak üzrə ekspert Nüsrət İbrahimov deyib.

“2016-cı ildən bəri mənzil bazarında qiymətlər xeyli artıb. O vaxt Yasamalda mənzilin bir kvadratmetri 850 manat idisə, indi iki min manat ətrafındadır. “Sosial mənzil”in ümumi dəyəri isə təqribən 4 000-5 000 manat artıb”, - N.İbrahimov qeyd edib.

Ekspert vurğulayıb ki, Bakıda köhnə tikili binalarda mənzillərin kvadratmetri hazırda 1 500 manat təşkil edir. Eyni ünvanda kiçik sahəli evlərdə isə qiymət 2 min manatdır. Yeddi ilə qiymətlər iki dəfədən də çox artıb:

“Qiymətlərin artımı ölkədə və dünyada baş verən proseslərlə bağlıdır”.

O qeyd edib ki, MİDA-nın satışa çıxardığı evlər sosial təminatlıdır və bu səbəbdən güzəştli qiymətlərlə satılır:

“Bu mənzillər aztəminatlı ailələr üçün nəzərdə tutulub. Nəzərə alaq ki, bu gün əmlak bazarında satılan evlərin təxminən 90%-dən çoxu ipoteka krediti hesabına satılır. Lakin aztəminatlı ailələrin orta aylıq gəliri bu kreditlər üzrə şərtlərə cavab vermədiyi üçün onlar MİDA-nın satışa çıxardığı mənzillərə üz tuturlar. Son nəticədə həmin kateqoriyaya aid olan ailələrin mənzil problemi həll olunur.

İkinci tərəfdən isə müəyyən müddətdən sonra “sosial evlər” təkrar bazara daxil olaraq daha baha qiymətə satılaraq təklifi qaldırırlar. Azərbaycanda xüsusən də Bakı şəhərində əhalinin artım tempi bir ilə 1% təşkil edir. Bu səbəbdən “sosial mənzillər” bazarın tələbini tamamlayır. Beləliklə bazarda zaman-zaman tələb-təklif balansının normallaşdığını müşahidə edirik”.

b_400_300_16777215_00_https___teref.az_uploads_posts_2023-08_1690993665_2.jpg
Əmlak eksperti Ramil Osmanlı bildirib ki, hazırda ipoteka kreditləri hesabına satılan mənzillər ümumi daşınmaz əmlak bazarının 7%-ni təşkil edir:

“MİDA-nın təklif etdiyi mənzillərin bazar payı heç 1% belə deyil. Düşünmürəm ki, daşınmaz əmlak bazarında böyük bir kütlə oturub gözləyir ki, “sosial evlər” satışa çıxarılsın. Qiymət fərqi belə olsa da mənzil alıcılarının sırf MİDA-dan mənzil almaq üçün gözləmələrini demək olmaz. Çünki, faktiki olaraq MİDA-nın xətti ilə mənzil almaq imkanları əlçatan görünsə də, qeyd olunan kateqoriyaya uyğun olan insanların sayı azdır”.

“Azərbaycan Rieltorlar Assosiasiyası” İctimai Birliyinin icraçı direktoru Elnur Azadov açıqlamasında bildirib ki, MİDA-nın ildə bir və ya iki dəfə satışa çıxardığı mənzillərin bazarda payı azdır:

“Onların satışa çıxardığı mənzilləri iki yolla əldə etmək olur - nağd və ya ipoteka krediti ilə. “Sosial evlər” nisbətən ucuz olduğu üçün onları əldə etmək hüququna malik olan bəzi insanlar bu mənzilləri nağd şəkildə almağa çalışırlar ki, bir müddət keçəndən sonra onları bazarda 10-15% bahasına satsınlar. Lakin satışa çıxarılan mənzillərin sayı az olduğu üçün bazara elə də təsiri olmur. Bu, yalnız fərdi olaraq həmin yaşayış kompleksində mənzil almaq istəyən vətəndaşlara cüzi təsir edə bilər”.

Müqayisə üçün qeyd edək ki, hazırda MİDA-nın satışa çıxardığı üç otaqlı, ümumi sahəsi 87 kvadratmetr olan mənzilin bir kvadratmetri 750 manatdan başlayır. Həmin ərazidə yeni tikili binalarda mənzilin bir kvadratmetri isə 1900-2100 manat ətrafında dəyişir.

Xatırladaq ki, güzəştlə mənzil əldə etmək hüququna malik olan şəxslər aşağıdakılardır:

Yaşı 35-dən çox olmayan gənc ailə üzvləri: şəhid, Vətən müharibəsi qəhrəmanının, Azərbaycan Milli Qəhrəmanının övladları, məcburi köçkün və ya ona bərabər tutulan şəxs, ən azı üç il dövlət ümumi təhsil müəssisəsində müəllim işləyən şəxs, fəlsəfə doktoru elmi dərəcəsi olan şəxs, idman sahəsində xüsusi xidmətləri olan şəxs, ən azı beş il jurnalist işləyən və Media Reyestrinə daxil edilmiş şəxs,

Yaşından və ailə vəziyyətindən asılı olmayaraq digər şəxslər: şəhid ailəsinin üzvü (əri, arvadı), Vətən müharibəsinin qəhrəmanı (özü, əri, arvadı), Azərbaycanın Milli Qəhrəmanı (özü, əri, arvadı), elmlər doktoru elmi dərəcəsi olan şəxs, ən azı 15 il dövlət qulluğunda qulluq edən, o cümlədən dövlət qulluğunun xüsusi növündə xidmət keçən şəxs, ən azı üç il hərbi xidmətdə olan, həmçinin ehtiyata və istefaya buraxılmış Azərbaycanın hərbi qulluqçuları, ən azı üç il daxili işlər orqanlarında xidmət keçən xüsusi rütbəsi olan şəxs, ən azı üç il elmi vəzifədə işləyən elmi işçilər, ən azı 15 il dövlət ümumi təhsil müəssisəsində müəllim işləyən şəxs, ən azı 15 il jurnalist işləyən və Media Reyestrinə daxil edilmiş şəxs.
 

Bölmənin digər xəbərləri

21 Aprel 2025 İtaliyada mafiyanın sonunu gətirən HADİSƏ - FOTO
21 Aprel 2025 Səmada uçan naməlum obyekt göründü - VİDEO
21 Aprel 2025 Tramp düşünür ki, Ukrayna və Rusiya bu həftə sülhə razılaşacaq
21 Aprel 2025 Kremldən türk liderə xəbərdarlıq — Putini qəzəbləndirən qərar verildi
21 Aprel 2025 ABŞ Zaporojye “AES”in ətrafındakı ərazilərə nəzarət etmək istəyir - KİV
21 Aprel 2025 Obamalar 70 milyonluq sərvəti bölə bilmirlər
20 Aprel 2025 İtaliya baş nazirinin müavini ABŞ-İran danışıqlarının keçirildiyi məkana şortla gəlib
20 Aprel 2025 2040-cı ilə qədər dünyanın bu hissələri su altında qalacaq – Alimlərdən xəbərdarlıq /XƏRİTƏ
20 Aprel 2025 Dağıstanda fövqəladə vəziyyət elan olundu
20 Aprel 2025 ABŞ-la danışıqlar alınmasa, müharibəyə hazırıq - Arakçı
20 Aprel 2025 Paşinyan artıq yeni müharibə təhlükəsindən qorxmur – Səbəb nədir?
20 Aprel 2025 Türkiyəli nazir: “Orduya göndərməyə gənclər tapmaya bilərik
19 Aprel 2025 Trampın yüksək vəzifə verdiyi Mehmet Öz kimdir?- DOSYE
19 Aprel 2025 Dmitri Qordon: "İlham Əliyev dəqiq dedi, təşəkkür edirəm" - Video
19 Aprel 2025 Bunu etmək üçün insan gərək vicdansız olsun
19 Aprel 2025 23 milyon insan təhlükədə – 8 bal gücündə zəlzələ gözlənilir
19 Aprel 2025 Bu məktəbdə təhsil haqqı 289 min manatdır
19 Aprel 2025 İmamoğlu anketinden iktidara kötü haber geldi: Halk ikna olmadı
19 Aprel 2025 Simonyana orden, sizə həbsxana: paradoks və absurd - Sibirlilərə yazığımız gəlmir, amma Moskvaya toxunmayın…
18 Aprel 2025 Yunanıstandan təxribat xarakterli xəritə: “Türkiyə üçün müharibə səbəbi!” - VİDEO

Dünyapress TV

Xəbər lenti