“Qarabağa humanitar karvanın göndərilməsi Azərbaycan rəhbərliyi ilə razılaşdırılmayıb”.
Bunu Rusiya Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Mariya Zaxarova mətbuat konfransı zamanı news.ru-nun sualını cavablandırarkən bəyan edib.
O, qeyd edib ki, məsələ ilə bağlı Rusiya sülhməramlılarını günahlandırmaq əsassızdır. “Rusiya sülməramlı kontingenti fəal şəkildə prosesə qoşularaq vəziyyətdən çıxış yolu tapmaq məqsədilə hər iki tərəflə təmasdadır. Bu səbəbdən, hesab edirik ki, Rusiya sülhməramlılarının ünvanına hər hansı bir ittihamın səsləndirilməsi əsassızdır və onların bölgədəki vəziyyətin sabitləşməsinə yönəlmiş real səylərini əks etdirmir”, - deyə Zaxarova qeyd edib.