“Xammal və ərzaq alışı ÇXR-in müharibəyə hazırlaşmasının əlaməti ola bilər”.
Cebhe.info xəb ər verir ki, bunu “The Economist” yazır.
Nəşrin yazdığına görə, Pekinin Tayvana nəzarəti istənilən yolla geri almaq niyyəti fonunda Çin iqtisadiyyatı sanksiyalardan gücləndirmək, ordunu modernləşdirmək və ərzaq təhlükəsizliyinin qayğısına qalmaq üçün onilliklər sərf edib.
“The Economist” Çinin müharibəyə hazırlaşdığını göstərən mümkün əlamətlərə diqqət yetirməyə çağırıb. Söhbət əmtəələrin, ərzaq mallarının və metalların alınmasından gedir. “Heç bir məlumat müharibənin yaxınlaşmasını göstərməyəcək. Lakin müşahidələri bir araya gətirməklə ağlabatan erkən xəbərdarlıq sistemi formalaşdırmaq olar”, - müəlliflər qeyd edirlər.
Bundan əvvəl ABŞ-ın MKİ-nin rəhbəri Uilyam Börns Aspen Təhlükəsizlik Forumunda çıxışı zamanı bildirmişdi ki, Çin hakimiyyəti Tayvana qarşı potensial hərbi əməliyyatın uğuruna əmin deyil və onu həyata keçirib-keçirməmək barədə qərar qəbul etməyib. O qeyd edib ki, ÇXR rəhbərliyinin şübhələri Ukraynada keçirilən xüsusi əməliyyatla güclənib:
“Heç bir xarici lider Si Tszinpin qədər diqqətlə izləmir”.