“Türk PUA-larını istehsal edən “Bayraqdar” zavodu Ukraynada görünən kimi bombalanmalıdır”.
Teref.az Axar.az-a istinadən xəbər verir ki, bunu Rusiya Dövlət Dumasının deputatı Konstantin Zatulin deyib.
“Avadanlığın Türkiyə lisenziyası ilə istehsal olunacağına görə çəkinmək lazım deyil. Türkiyə hər yerdə öz mənfəətini düşünür. Xüsusilə, Ankara taxıl müqaviləsinin uzadılması və Ukraynanın NATO-ya daxil olmasının tərəfdarıdır. Türkiyə ilə münasibətlərimizə görə özümüzü aldatmaq lazım deyil - onlar çox mürəkkəbdir. Kürəyə bıçaq? Kürəyimizə sancılan bıçaqları saysaq, kirpi kimi görünəcəyik. Türkiyə əslində Rusiya, Ukrayna və ABŞ ilə özü üçün daha yaxşı şərtlərlə danışıqlar aparır. Bunun üçün ölkəni günahlandıra bilərsiniz. Amma onu da etiraf etmək lazımdır ki, dövlət öz milli maraqlarını qoruyacaq şəkildə hərəkət edir”, - o bildirib.