Dar şalvar geyinən kişiləri bu təhlükə gözləyir
Ümumdünya Səhiyyə Təşkilatının məlumatlarına görə, son 50 ildə normal sayılan sperma sayında böyük azalma müşahidə olunub. 1950-ci illərin əvvəllərində kişi spermasında tələb olunan ortalama sperma sayı 100 milyon idisə, 2011-ci ilin məlumatlarına görə, bu rəqəm 15 milyona düşüb.
Bəs, bu azalmaya səbəb olan amillər hansılardır və bu vəziyyətin qarşısını almaq mümkündürmü?
İnsan bədənindəki bütün hüceyrələr xarici amillərdən təsirlənir. Ancaq bəzi hüceyrələr daha davamlı olsa da, digərləri daha həssas ola bilər. Qadınlarda yumurtalıqlar və yumurta hüceyrələri, kişilərdə isə sperma hüceyrələri xarici faktorlardan ən asan və tez təsirlənən hüceyrələrdir.
Ən asan təsirlənsə də, sperma hüceyrələri də çox tez çoxala bilən hüceyrələr arasındadır. Keçən əsrdə sənaye inkişafı və dəyişikliklərin olduğunu qeyd edən embrioloq Abdullah Arslan “Bu inkişaflara paralel olaraq sperma keyfiyyətinə mənfi təsir edən bir çox faktor həyatımıza daxil olub və daxil olmağa davam edir” – deyə məlumat verib:
Bu amillərdən bəzilərini aşağıdakı kimi sıralamaq olar:
Havanın çirklənməsi, dənizin çirklənməsi, suyun çirklənməsi, hormon tərkibli süni yemlər, cinsi əlaqənin tezliyi, qidalanma vərdişləri, narkotik istifadəsi, siqaret, alkoqol və narkotik istifadəsi və nəhayət temperatur amili.
Xayaların sağlam qalması və sağlam sperma əmələ gətirməsi üçün bədən istiliyindən 1-2 dərəcə soyuq olmalıdır. İdeal bədən istiliyi 36 dərəcə olduğu halda, xayaların olması lazım olan temperatur 34 dərəcə civarındadır. Xüsusilə çox dar alt paltarı və ya şalvar geyən kişi fərdlərdə uzun müddət eyni darlıq vəziyyətdə qalmaları ilə xayaların hərarəti yüksəlir və bu vəziyyətdə sperma keyfiyyəti azalır. Bundan əlavə, hamamda, çörək sexində və yüksək temperatur olan qalan yerlərdə işləyən və ya çox tez-tez saunaya gedən, uzun müddət at sürən, velosiped və motosikletdən istifadə edən insanlarda sperma sayı və keyfiyyəti azalır”.
 

Dünyapress TV

Xəbər lenti