Sümükləri gücləndirən və daha ucuz olan məhsul
Uzun illər sümüklər və oynaqlar üçün faydalı olan əsas məhsulun süd və onun törəmələri (kefir, xama, kəsmik və s.) olduğuna inanılırdı.
Uşaqlar və böyüklər, xüsusilə hamilə qadınlar hər gün bu məhsulları yeməyə məcbur edilirdilər.Əlbəttə ki, bu məhsul qrupunun faydalarını inkar etmək olmaz, çünki onların tərkibində həqiqətən çoxlu kalsium var.
İngiltərə alimləri müəyyən ediblər ki, sümükləri gücləndirmək üçün pəhrizinizə müntəzəm olaraq kələm, turp və vəzəri kimi tərəvəz və göyərtilər daxil etsəniz süd məhsullarını azalda bilərsiniz.
Qeyd olunan tərəvəzlərin tərkibində təkcə K vitamini deyil, həm də virusdan qoruyan çoxlu C vitamini, eləcə də təbii gözəllik yaradan beta-karotin var.
 

Dünyapress TV

Xəbər lenti