Yeni il günlərində, süfrəsində olan bəzi yeməklər xərçəng riskini artırır.
“Medicina” xəbər verir ki, həkim Denis Romanov bu qidaları açıqlayıb. “Ənənəvi olaraq, bayramda seçilən ət assorti, qril və kabab kanserogen qidalara aiddir. Açıq odda, manqalda bişirilmiş tərəvəz, göbələk belə zərərli maddə tərkiblidir. Düzdür, 1-2 dəfə yeməklə heç nə olmur, amma davamlı yemək hüceyrələrdə dəyişiklik yaradır. Eləcə də sənaye yağları, transyağ və marqarin tərkibli digər yeməklər də həm diabet, həm xərçəng riskini artırır. Bunlar un məmulatı, qazlı, şirəli içkilər, şirniyyat, yağlı, qızarmış yeməklər onkologiya riskini artırır. Bu riski artıran yeni il süfrəsində spirtli içkinin də olmasıdır. Alkoqol özü də kanserogendir. Yeni il süfrəsində mağaza salatları, kolbasa, mayonezli yeməklərdən bacardıqca uzaq durun”.