b_400_300_16777215_00_https___cdn.musavat.com_news_thumbnails_10a3d2ab880bc63232c260af10b85cd9.jpg
 

Dövlət Sərhəd Xidmətinin rəhbər heyəti Fəxri xiyabanda anım günü ilə əlaqədar Ümummilli Lider Heydər Əliyevin məzarını ziyarət ediblər.

Müasir dövlətçiliyimizin və yeni tariximizin qurucusu olan Ulu Öndər Heydər Əliyevin əziz xatirəsinə ehtiramın ifadəsi olaraq məzarı üzərinə gül dəstələri qoyulub.

Dövlət Sərhəd Xidmətinin ali zabit heyəti görkəmli oftalmoloq-alim, akademik Zərifə xanım Əliyevanın da xatirəsini yad edib, məzarı üzərinə güllər düzüblər.

Dövlət Sərhəd Xidmətinin aparatında keçirilən tədbirdə iştirakçılar öncə Heydər Əliyev Elmi Araşdırmalar Mərkəzində dahi şəxsiyyətin nəsillərə nümunə olan həyat və fəaliyyətini əks etdirən foto-ekspozisiya ilə tanış olublar.

Ümummilli Liderin əziz xatirəsinin bir dəqiqəlik sükutla yad edilməsi ilə davam edən tədbirdə çıxış edənlər Ulu Öndər Heydər Əliyevin Azərbaycan xalqı və dövləti qarşısında misilsiz xidmətlərindən söz açıb, onun apardığı uğurlu siyasət sayəsində Azərbaycanın dünyada tanınan nüfuzlu dövlətə çevrildiyini vurğulayıblar.

Dövlət idarəçiliyində və siyasətdə hər zaman xalqına arxalanan və dövlətə xidmət etməyin xalqa xidmət etmək demək olduğunu əyani şəkildə nümayiş etdirən Ulu Öndərin təməlini qoyduğu sosial-iqtisadi, siyasi, hərbi yüksəliş strategiyasının Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Müzəffər Ali Baş Komandanı cənab İlham Əliyev tərəfindən uğurla davam etdirildiyi, Vətən müharibəsində qazanılan şanlı Zəfərlə ölkəmizin ərazi bütövlüyünün bərpa olunduğu xüsusi qeyd edilib.

Dövlət Sərhəd Xidmətinin hərbi birləşmə və hissələrində Dahi Öndər Heydər Əliyevin anım günü ilə əlaqədar silsilə tədbirlər keçirilib.

Tədbirin sonunda Ümummilli Liderin həyatından və siyasi fəaliyyətindən bəhs edən “Xilaskar ömrü” sənədli filmi nümayiş etdirilib.

b_400_300_16777215_00_https___cdn.musavat.com_news_images_TURAN_ORUC_851b859f-a552-4b37-bac9-c48f9b9268e5.jpg
b_400_300_16777215_00_https___cdn.musavat.com_news_images_TURAN_ORUC_148224a8-35e5-4427-8ff6-64f0ffeb04f7.jpg
b_400_300_16777215_00_https___cdn.musavat.com_news_images_TURAN_ORUC_918a0d6b-70a8-4312-998f-f5456842d29d.jpg
b_400_300_16777215_00_https___cdn.musavat.com_news_images_TURAN_ORUC_466e7de3-d876-4d98-bb76-5f45bcdf2e53.jpg
b_400_300_16777215_00_https___cdn.musavat.com_news_images_TURAN_ORUC_7490c798-c3b4-4ad8-9c4d-868c118d03af.jpg
b_400_300_16777215_00_https___cdn.musavat.com_news_images_TURAN_ORUC_8f05562f-93d1-4f53-a7b2-3c05cc998858.jpg
b_400_300_16777215_00_https___cdn.musavat.com_news_images_TURAN_ORUC_a2ec0310-2c58-4e14-901b-816d1f74aa2c.jpg
b_400_300_16777215_00_https___cdn.musavat.com_news_images_TURAN_ORUC_4ce3354e-251a-4b37-ba3a-554ed9a79da6.jpg

Dünyapress TV

Xəbər lenti