Havanı təmizləyən cihazlar da yararsız çıxdı
Hava filtrləri evinizdəki havanı təmiz saxlamağa kömək edə bilər, lakin onlar hava-damcı virusuna yoluxma riskini azaltmır.

Cebhe.info xəbər verir ki, yeni araşdırmanın nəticələri “Preventive Medicine” jurnalında dərc olunub.

Araşdırmanı aparan Şərqi İngiltərə Universitetinin tədqiqatçıları deyirlər ki, qapalı məkanları infeksiyalar üçün daha təhlükəsiz etmək üçün nəzərdə tutulmuş texnologiyalar real dünya şəraitində səmərəsizdir.

Araşdırma komandası hava təmizləmə texnologiyalarının məktəblər və ya səhiyyə müəssisələri kimi real mühitlərdə sınaqdan keçirildiyi 32 əvvəlki tədqiqatın məlumatlarını təhlil edərək bu nəticəyə gəlib.

Mütəxəssislər filtrasiya, mikrob öldürücü lampalar, ionlaşdırıcılar və virusları təhlükəsiz şəkildə çıxarmaq və ya onları inhalyasiya edilmiş havada təsirsiz hala gətirmək üçün hər hansı digər üsulları təhlil edib.

Məlumatların xülasəsi göstərib ki, filtrasiya sistemləri insanların hava-damcı yolu ilə respirator və ya mədə-bağırsaq infeksiyalarına yoluxmasının qarşısını almaq üçün heç bir iş görmür.

“Bir sözlə, biz havanın təmizlənməsi texnologiyalarının real dünya şəraitində insanları qoruya biləcəyinə dair inandırıcı dəlil tapa bilmədik”, -deyə araşdırma komansadının sözçüsü Culiya Breynard dyib.

Məlum olub ki, bu texnologiyaların xəstəliyi nə dayandırır, nə də ona yoluxmanı azaldır.
 

Dünyapress TV

Xəbər lenti