Süd vəzi xərçəngi həm qadınlara, həm də kişilərə təsir göstərən xəstəlikdir. Cərrah bu təhlükəli xəstəliyin riskini necə azalda biləcəyi izah etdi. Bu barədə "Daily Express" yazır. Həkim əvvəlcə insanlara sağlam çəkidə olmalarını tövsiyə edir. Yetkinlik dövründə 12 kiloqram çəki alanlar, süd vəzi xərçənginə tutulma riskin 20% artıra bilər. Nəşr qeyd edir ki, insan 20 kq kökələrsə, risk ikiqat artır. Cərrah qeyd edir ki, çəki artımı, məşq etməmək və çoxlu spirtli içki qəbul etmək döş xərçənginin inkişaf riskini artırdığına dair sübutlar var. O, həmçinin ailə üzvlərinizin tibbi genetik tarixçəsi barədə məlumatlı olmağı məsləhət görür.