Dadları arasında fərq olmasa da avropalı istehlakçılar qəhvəyi rəngli yumurtaya daha çox üstünlük verirlər. İstehsalçılara görə isə ağ rəngli yumurta daha çox faydalıdır. Xarici KİV xəbər verir ki, alıcılar marketlərdən yumurta alarkən daha təbii göründüyü üçün qəhvəyi yumurtaya üstünlük verirlər.
Belçikalı yumurta istehsalçısı Paul Cinsə görə isə ağ yumurta tərkibi baxımından daha çox faydalıdır. O iki yumurta arasındakı fərqi belə izah edir:
"Ağ toyuğun yumurtası ağ rəngdə, qəhvəyi rəngli toyuğun yumurtası isə qəhvəyi rəngdə olur. Bu çox sadədir. Ağ rəngli toyuqlar çox məhsuldardırlar. Qəhvəyi rəngli toyuqlarla müqayisədə 20 həftə daha uzun ömürlü olurlar. Daha çox yumurtaları olur. Daha az yem yeyirlər. Demək olar ki, onlara xəstəlik düşmür və xəstələnmirlər".
Belçikalı istehsalçılar daha çox marketlərdə qəhvəyi rəngli yumurtalar üstünlük verdiyi üçün ağ yumurtalar mayonez istehsalı ilə məşğul olan zavodlara göndərilir. Lakin market sahibləri qiyməti daha ucuz olduğu üçün ağ yumurtanın satışını artırmaq istəyirlər.