Ukraynada karantin rejimi ləğv edildi
İyulun 1-də Ukraynada COVID-19 pandemiyası ilə əlaqədar karantin və fövqəladə vəziyyət rejimi ləğv ediləcək.
Bu barədə Ukraynanın baş naziri Denis Şmıqal məlumat verib.
"İyulun 1-dən biz koronavirus pandemiyası ilə əlaqədar karantin və fövqəladə vəziyyət rejiminə son veririk, - o deyib .
Baş nazir bildirib ki, COVID-19 ukraynalılar üçün çətin sınaq olub:
Bütün bu müddət ərzində bizim bütün qərarlarımız insanların həyatını xilas etməyə yönəlib", - Şmıqal qeyd edib.
 

Dünyapress TV

Xəbər lenti