Rusiyalı dietoloq və endokrinoloq Oksana Panova bədən quruluşuna ən çox zərər verən spirtli içkilərdən danışıb.
Publika.az xəbər verir ki, həkim Gazeta.ru-ya müsahibəsində spirtli içkilərin bütün növlərinin kalorisinin yüksək olduğunu bildirib.
"Alkoqollu içkilər özlüyündə yüksək kalorilidir. Bədən quruluşu üçün ən böyük təhlükə şirin şərablar, sidrlər, likörlər və qazlı kokteyllərdir.
Qırmızı şərab və ya yüngül pivə kimi yalnız aşağı kalorili spirt təhlükəsiz adlandırıla bilər, amma az miqdarda içilməlidir. Yarım şüşə şərab və ya bir-iki yarım litrlik fincanda pivə içsəniz, onlar mütləq “kalori bombası”na çevriləcəklər. Bundan başqa, alkoqollu içkilər öz kalorilərinə əlavə olaraq, yemək istəyini də artırır.
İnsan müxtəlif qəlyanaltıları dadmağa başlayır və beləliklə artıq çəki qazanır" , - mütəxəssis qeyd edib.