Zəlzələdə evi dağılan keçmiş arvadını aldadaraq öldürmək istədi - VİDEO
Hatayda kişi zəlzələdə evi dağılmış keçmiş həyat yoldaşına qarşı ağılasığmaz cinayət işlədib.

Gununsesi.info xəbər verir ki, bu barədə NTV məlumat yayıb.

Bildirilib ki, iki uşaq anası Alev Altun zəlzələdən sonra Hatayda minlərlə insan kimi evsiz qalıb. Onun əlacasız qaldığını görən keçmiş həyat yoldaşı Savaş Altun onu aldadaraq, öldürməyə cəhd edib.

Belə ki, o, Alev Altuna “mənim evim möhkəmdir, uşaqlar üçün də təhlükəsiz olar” deyərək evinə gəlməyə razı salıb. Sonra qaynar su tökərək ona ağır xəsarət yetirib.

Hazırda 25 yaşlı Alev Altun reanimasiya şöbəsində müalicə olunur.

Savaş Altun isə “zəlzələdə oldu” deyərək, işlətdiyi cinayətin məsuliyyətindən yayınmağa çalışıb.
 

Dünyapress TV

Xəbər lenti