Tanınmış jurnalist Arife Eliyeva   İNTİHAR HƏDDİNƏ ÇATDIRILMAĞI BARƏDƏ ...
TANINMIŞ JURNALİST Arife Eliyeva İNTİHAR HƏDDİNƏ ÇATDIRILMAĞI BARƏDƏ
ÖLKƏ PREZİDENTİNƏ SƏFİRLİKLƏRƏ İNSAN HÜQUQLARI TƏŞKİLATLARINA MÜRAİCƏT ETDİ
MÜRACİƏT
Cənab Prezident! Yazıb diqqətinizə çatdırıram ki, mən 13 ildir mediadayam. Hazırda “Reportyor.info” saytına rəhbərlik edirəm. 13.02.2023 tarixdə Şıxəliyev Ramin ARB TV-nin efirində jurnalist Xoşqədəm Hidayətqızının müəllifi olduğu “Səni Axtarıram” verilişində fırıldaqla üzləşdiyini iddia edərək, şikayətinin işıqlandırılmasını xahiş etdi. R.Şıxəliyevi dəvət edərək, onun şikayətini videoformatda hazırladım. Şikayətçi bildirirdi ki, həmin verilişdə xəstə övladının adına vəsait toplanıb, lakin həmin vəsait aidiyyatı üzrə xərclənməyib, övladı da lazımi müalicəni almayıb. X.Hidayətqızının köməkçisinə (0502204946) zəng edərək, qarşı tərəfin mövqeyini istədim. Onlar məni görüşə dəvət etsələr də, getməkdən imtina edərək cavabın onlayn göndərilməsini istədim. Lakin onlar cavab vermədilər. Mən həmin materialı ictimailəşdirdikdən sonra üzərimə hücumlar başladı. X.Hidayətqızı müəllifi və aparıcısı olduğu verilişdə, canlı yayımda şəxsi həyatımı müzakirəyə çıxarır, ünvanıma nalayiq ifadələr səsləndirir. Halbuki mən özüm o verilişdə iştirak etmirəm, cavab haqqım tanınmır. Bu isə peşəkarlıqdan uzaq olmaqla bərabər, həm də cinayət məsuliyyəti yaradır.
Cənab Prezident, hörmətli Ali Baş Komandan! Artıq üzərindən bir neçə gün keçməsinə baxmayaraq, verilirş mənim də yaxınlarımın adları hələ də çəkilməkdə davam edir. Müxtəlif tanıdığım və tanımadığım sosial şəbəkə istidadəçiləri, jurnalistlər (xüsusilə X.Hidayətqızının verilişində ekspert qismində iştirak edən Manşet.az Xəbər Portalı saytının rəhbəri Əli Vəliyev-A.Əliyeva) haqqımda əxlaqdan kənar şayiələr buraxmaqda, məni təhqir etməkdə davam edirlər. Artıq hədlərini o qədər aşıblar ki, mənim övladımın atasını, övladımı, yaxınlarımı məsələyə qatmaqdan belə çəkinmirlər. Qarşı tərəf nəinki mənəvi-əxlaqi dəyərlərə, hətta qanunlara belə məhəl qoymadan təhqirlərini davam etdirir. Şikayətçini belə ələ alaraq mənim guya onu çəkilişə, danışmağa məcbur etdiyimi canlı efirdən dedirdib. Bütün bunlarla bağlı aidiyyatı üzrə məhkəməyə müraciət edəcəm. Lakin sosial şəbəkələrdə haqqımda yazılanlar artıq əndazəni aşıb. Sizdən xahiş edirəm, məsələ ilə bağlı tədbir görülməsini təmin edəsiniz. Əks halda mənim intihar etməkdən başqa əlacım qalmır. Bu təhqirlərin, şər-böhtanın qarşısında heç kim tab gətirə bilməz.
Cənab Prezident! Azərbaycan hüquqi dövlətdir və qanunlarla idarə olunur. Əgər mənim bir müstəqil jurnalist olaraq hazırladığım materialda hansısa neqativ vardısa, qarşı tərəf məni məhkəməyə verib, araşdırılmasını tələb edə bilərdi. O zaman mən də əlimdə olan sübutu ortaya qoyardım, ədalətli qərar çıxarılardı. Lakin bu hay-küy, bu hücumlar, qarşı tərəfin haqsız olduğunu sübut etməklə yanaşı, ölkəmizin hüquqi dövlət kimi imicinə böyük zərbədir. Belə çıxır ki, kimin əlində imkan varsa, haqlı və haqsız olduğu məqamlarda öz imkanlarından istifadə edərək, qarşı tərəfə öz təbirincə “cəza kəsir”. O zaman bizim məhkəmə sistemimiz, hüquq-mühafizə orqanlarımız nəyə yarayır? Azərbaycandakı söz və mətbuat azadlığı haqqında danışılanlar harda qalır? Əgər artıq 4-cü TV-dir dəyişən Xoşqədəm Hidayətqızı öz əlaltıları vasitəsilə bir ananı, gənc qadını ölümə sürükləyirsə, buna bir dur deyən qüvvə yoxdurmu?
Cənab Prezident! Bütün ümidim sizədir! Əgər bu təzyiqlər dayanmasa, mən ARB TV-nin qarşısında intihar edəcəm. Bu müraciətimlə bəyan edirəm ki, məni buna Xoşqədəm Hidayətqızı, Əli Vəliyev və onların əlaltısı olan bir qrup “reket jurnalist” məcbur edir.
Əliyeva Arifə Vahid qızı
21.02.2023
 
 

Dünyapress TV

Xəbər lenti