- Böyük-kiçik deyib bir-birilərinə güzəştə getmədilər... həm də, “mübahisəni necə edərlər”in yaxşı mənada örnəyini verdilər...
İsraillə Fələstin arasında müharibə Azərbaycanda da ölkə gündəminin əsas mövzusu olaraq qalır. Kimin haqlı, kimin haqsız olması, Azərbaycanın (azərbaycanlıların) kimin yanında olması ilə bağlı müzakirələrə az-çox sosiallaşmış hər kəs qatılır. Təəssüf ki, qapalı cəmiyyətlərə xas olan fərqli fikirlərə dözümsüzlük, nifrət, kin-küdurət bu müzakirələrin içindən fontan vurur. Etik çərçivələri aşmayan, şəxslərin yox, hadisənin müzakirə olunduğu, qarşılıqlı ittihamlara yol verilməyən müzakirələr çox da deyil.
Bu, təhlükəli tendensiyadır. İdarəçilər bundan narahat olmalıdırlar. Amma görünən odur ki, ya bu təhlükəni anlamırlar, ya da elə istədikləri budur.
Yetərincə sərt tonda, amma normal polemikanın qaydalarına riayət edilməklə baş tutan belə mübahisələrdən biri diqqətimizi şəkdi. Həm də ona görə yox ki, müzakirə iştirakçıları yetərincə tanınmış simalardır (ikisi çox gənc olmasına baxmayaraq), həm də ona görə ki, onlar bir ailənin üzvləridirlər: ana və iki bacı. Ana status yazdı, müzakirələrə qızları da qatıldı. Doğmaların baş verənlərə fərqli baxışları var idi, böyük-kiçik deyib bir-birilərinə güzəştə getmədilər. Həm müzakirə maraqlı alındı, həm də “mübahisəni belə edərlər” deyə örnək verdilər.
Həmin hissəsəni izləyicilərimizə də təqdim edirik.
Zümrüd Yağmur, yazıçı:
"Sadə insani münasibət "Fələstin erməniləri dəstəkləyib, əcəb edirlər", ya da "İsrail müsəlmanlara zülm edir, əcəb olub" olmamalıdır. Nə yazıq ki, müharibələr həyatımızın reallığıdır hələ də. Demək, istənilən münaqişədə beynəlxalq hüquq normaları əsas götürülməlidir. Məsələyə "mənim, sənin" yanaşması çox ibtidaidir və dünən HƏMAS -ın etdiyi necə barbarlıq idisə, bu gün də "su, yemək, elektrik olmaycaq" deyib Qəzzanın bu şəkildə mühasirəyə alınması, ağına-qarasına baxmadan bombalanması vəhşilikdir. Orda 2 milyondan çox insan yaşayır və artıq 20 uşaq həyatını itirib.
Beynəlxaq hüquq norması deyiriksə, bu hamı üçün keçərli olmadıqca, "ağ, qara" insan bölgüsü olduqca,. demək ki, işləməyəcək. Və biz hələ çox vəhşiliklərin, müharibənin şahidi olacağıq.
Selçan Yağmur:
"İsrail bombalamadan öncə sivillərə hansı binanın hədəf alınacağını bir saat öncədən bildirir. Üstəlik, mesajlar ərəb dilində göndərilir. Hər şeyə rəğmən İsrail əxlaqi cəhətdən daha etik mübarizə aparır. Vəziyyət dəhşətlidir ancaq İsrailin hal hazırda Qəzzanı götürməkdən başqa seçimi yoxdur. Qəzza İsrailin varlığına təhlükədir."
Zümrüd Yağmur:
"Seljan Yaghmurova ona görə 20 uşaq ölüb? İkinci, o bombardımanda sağlam psixologiya qalar? HƏMAS la mübarizə Qəzzanı bu şəkildə bombalama formatında olmamalıdır. Bir anlıq orda, o bombardmandakı dəhşəti düşün. Bir də su, elekrtik, yemək olmayacaq nə deməkdir? Bəs ordadkı insanlar nə yeyib nə içəcək?"
Sənay Yağmur:
"Seljan Yaghmurova, İsrail etik mübarizə aparır? Müharibə sənin üçün yarışmadır ki, ümumiyyətlə tərəf tutursan? Hər iki tərəf sivilləri hədəf alıb, alır və bunun açıqlana bilər heç bir yanı yoxdur.
İsraildəki sivil insanların hədəf alınması necə beynəlxalq hüququn normalarına ziddirsə, Qəzzadaki sivil obyektlərin hədəf alınması da eyni şəkildə qəbul edilməzdir. Ki, özünümüdafiə və s. kimi arqumentlər çox əsassızdır. Birincisi İsraildəki həmin siyasi hökümət illərdir sivillərə zülm edir, ikincisi müharibənin tərəfi olmayan sivil insanları hədəf halına çevirir, hələ bu da bəs deyilmiş kimi milyonlarla insanın yaşadığı ərazini blokadaya alıb açlığa, susuzluğa, qaranlığa həbs edir."
Selcan Yağmur:
"Küçə-küçə gəzib sivillərə atəş açan, qadının bədənini küçədə sürüyən vəhşi terroristlər, və hələ də sivilləri qorumaq məsuliyyətini yerinə yetirən bir qurum barədə danışırıq. Kimsə "yaşasın müharibə" demir burada, calm down "post colonialism