Xalq artistinin qızı vəfat etdi
Xalq artisti, mərhum teatr rejissoru Vaqif Əsədovun ailəsinə daha bir ağır itki üz verib.

Rejissorun qızı Xuraman Əsədova vəfat edib. Bununla bağlı Axşam.az-a açıqlama verən Əməkdar artist Elnur Kərimov övlad dərdinin Xuraman xanımın xəstəliyini daha da sürətləndirdiyini bildirib:

"İlk olaraq qardaşının vəfatı və 40 mərasimi günündə gənc oğlunun ölüm xəbəri, onun ardınca isə atası, Xalq artisti Vaqif Əsədovun vəfatı demək olar ki, xərçəng xəstəliyindən əziyyət çəkən Xuraman xanımın ölümünü daha da yaxınlaşdırdı.

Rejissorun həyat yoldaşı, Xalq artisti Zemfira Əliyeva və oğlunun dəfn olunduğu yerin yanında bir boş yer qalmışdı. Bu məni məyus etsə də, ailə taplosu yarandı. Buna bir ailənin acı taleyi demək düzgün olar. Vaqif və Ayan adlı nəvələri yadigar qaldı. Allah onları qorusun".

Qeyd edək ki, ürək xəstəliyindən əziyyət çəkən Vaqif Əsədov ötən il dünyasını dəyişib.
b_400_300_16777215_00_https___teref.az_uploads_posts_2023-09_1694718134_2.jpg
 

Dünyapress TV

Xəbər lenti