İranda hicabını çıxaran qadın mühəndisə şallaq cəzası verildi - FOTO
İranda hicabını çıxaran qadın mühəndisə şallaq cəzası verilib.

Bu barədə “Azad İran” “Telegram” kanalı məlumat verib.

Məlumata görə, bir müddət öncə Tehranın Mühəndislik Sistemi Təşkilatının iclasında hicabını çıxararaq etirazını bildirən və videosu sosial şəbəkələrdə yayılan qadın mühəndis Zeynəb Kazemi İranın Məhkəmə Sistemi tərəfindən 74 şallaq cəzasına məhkum edilib.

Bununla bağlı o, dünən “Instagram” hesabında paylaşıb edib.

Qeyd edək ki, məhkəmə qərarına əsasən, mühəndis qadın cinayət törətdiyi halda şallaq cəzası 5 il müddətinə icra olunacaq.

Xatırladaq ki, xanım Kazemi avqustun 5-də “ictimai iffətə zərər vurmaq ittihamı” ilə məhkəmə qarşısına çıxarılıb, lakin dəqiq hökmü məlum olmayıb.

Dünyapress TV

Xəbər lenti