Rusiyalı qadın qarnında “saatlı bomba” ilə iyirmi il yaşadı - FOTOLAR
Rusiyada həkimləri də təəccübləndirən qəribə hadisə olub. Belə ki, qadın qarnında tikiş iynəsi ilə təxminən 20 il yaşayıb.

Hadisə Volqoqrad şəhərində qeydə alınıb.

Həkimlərin sözlərinə görə, zərərçəkən mədə-bağırsaq qanaxması şübhəsi ilə təcili yardım maşını ilə xəstəxanaya aparılıb. Diaqnoz təsdiqlənməyib, lakin qarın boşluğunun rentgenoqrafiyası zamanı həkimlər xəstənin bədənində yad cisim görüblər. Bunun tikiş iynəsi olduğunu anlayanda isə qadının xilası üçün təcili əməliyyat qərarı verilib.

Həkimlər yad cismi hər an qarın boşluğunda hərəkət etməyə başlayacaq və düzəlməz nəticələrə gətirib çıxara biləcək “saatlı bomba” adlandırıblar.

“Əməliyyat uğurlu keçdi, cərrahlar rentgen nəzarəti altında beş sm uzunluğunda iynəni çıxardılar, xəstə hazırda sağalır”, - Səhiyyə İdarəsindən xəbər verilib.

Əməliyyatdan sonra xəstə iynənin mədəsinə nə vaxt düşdüyünü xatırlayıb. Onun sözlərinə görə, bu, 2004-cü ildə tikiş fabrikində işlədiyi vaxt baş verə bilərdi.
b_400_300_16777215_00_https___teref.az_uploads_posts_2023-08_1692987273_1.jpg
b_400_300_16777215_00_https___teref.az_uploads_posts_2023-08_1692987275_2.jpg
 

Dünyapress TV

Xəbər lenti