Müəllimə xanım intihar anonsu verdi....
Teref.az olaraq poçtumuza daxil olan bu kömək harayına səs verməyə bilməzdik. Səs yazıları və mesajlarla tanış olduqda isə həqiqətəndə sadəcə bir qısqanc qadının və ya özünü o rolda görən və bundan istifadə etməkm istəyən birilərinin adını şərti olaraq X qeyd etdiyimiz müəllimə xanımı tam intihara sürüklədiyinin şahidi oluruq. Teref.az olaraq bu hadisəni araşdılrmaq qərarına gəldik və araşdırmamızı saytımılzda dıərc edəcəyik. Araşdırmalarımız zamanı əldə etdiyimiz məlumatları təbii olaraq polisə təqdim edəcəyik. Müəllimə xanım şantaja uğradığını və kömək istədiyini acıq elan edir.
Kömək olmasa intihar....
Teref.az olaraq məktubu oxuculara təqdim edirik və ümidvarıq ki, müvafiq orqanlarda bununla maraqlanarlar:
"Mən X. F qızı 2022 ci ilin iyul ayında facebook sosial şəbəkəsində dostum olan M. D. ilə tanış olmuşam.
O mənə qardaşı Goranboy şəhidi M. Q haqqında yazdığım başsağlığı rəyinə görə təşəkkür etdi.
Özünün də tikinti materialları satışı ilə məşğul olduğu haqqında məlumat verdi.
Mənim də anamın bizim Hokməlidə aldığımız həyətə tikinti materialları lazım idi. Maraqlanıb soruşdum, məni dükana dəvət elədi. Getdim, amma tikinti materialları bizim tikdirdirəcəyimiz hasara uyğun olmağı üçün heç bir şey almadım. Amma aramızda olan səmimi dostluq münasibəti davam elədi. Oktyabr ayına kimi. Oktyabr ayının 5-i,müəllim günü mənə D tərəfində zəng gəldi ki,,, sizin üçün təşəkkür əvəzi gül göndərmişəm.Mən də yad birinin mənə gül göndərmesini evdə söz söhbətə səbəb olacağını bilirdim. Ona görə də evdə demedim.Amma D-nın həyat yoldaşı A. İ bunu bilir, mənə her gün təhdid, təhqir, hədə qorxu mesajı göndərir.
Evdə, işlədiyim məktəbdə. məni rüsvay edəcəyi ilə hədələyir. Gülün Pulunu tələb eləyir. O mənə kart nömrəsi göndərib, pulu da atdım onun kartına. Çek də məndə durur. May ayında olub bu iş.
İndi isə məni əri ilə cinsi əlaqədə olduğum ilə suçlayır. Ər arvad hər ikisi məni onun şalvarına cadu elədiyimi deyib, təhqir edir, qızlarım təhqir edir. Hədələyir.
D-nın məndən pul tələb elədiyi, təhqir elədiyi mesajlar durur.
Onların əlindən intihar eləmək dərəcəsinə gəlmişəm. Xahiş edirəm bir ölçü götürün.
Özlərinin DTX da işlədiyini deyirlər mənim isə separatçılıqla məşğul olduğumu deyib, məni MTN lə hədələyirlər.
Bütün səs və yazışmalar məndə var.."
Teref.az olaraq o səs yazıları ilə tanış olmuşuq və həqiqtəndə çox biabırçı bir səs yazılarıdır...
Teref.az

Dünyapress TV

Xəbər lenti