Xaçmazda qadın taksi sürücüsü:
Tahirə Əkbərova Xaçmaz rayonunda taksi fəaliyyəti ilə öz gündəlik keçimini təmin edən yeganə qadın sürücüdür.

Pandemiyadan sonra maddi vəziyyəti pisləşən müsahibim təxminən 2 ilə yaxındır bu peşəni seçib.

Onun sözlərinə görə, bir xanımın taksi sürməsi yaşadığı mühit üçün qeyri-adi olduğundan, fəaliyyətinin ilk vaxtlarında bəzi təzyiqlərlə üzləşib, hətta qohum-əqrəba belə ondan üz çevirib.

Lakin maddi ehtiyac və rayonda başqa iş imkanının olmaması onu bütün təzyiq və mental düşüncələrə qarşı mübarizə aparmağa məcbur edib.


“Öz halal zəhmətimlə işləyirəm. Heç kəsə möhtac olmamaq üçün işləyirəm də”, Tahirə Əkbərova deyir.

Onun sözlərinə görə, xanım müştəriləri çox olsa da, kişi müştəriləri də var: “Mən normal baxıram. Mənim üçün kişi, qadın fərqi yoxdu. İnsanıq hamımız. Düzdü bura rayon yeridir, amma mən normal baxıram”.

Fərid Həsənovun hazırladığı videonu Youtube kanalımızda baxın.

 
 
 

Dünyapress TV

Xəbər lenti