“Ən böyük arzum erməni vandallarının Laçında viran qoyduğu məzarlarımızı, bacımın məzarını ziyarət etməkdir”.
Bunu Oxu.Az-a açıqlamasında uzun illər Laçın şəhərində peşə məktəbində müəllim kimi çalışan Tutu Məmmədova deyib.
“Ermənilər bizi evimizdən didərgin saldılar. Bu gün mənim üçün nə qədər sevincli gündürsə, o qədər də kədərlidir. Yaxınlarımızı, doğmalarımızı itirdik, minlərlə şəhid verdik, yurdumuzdan didərgin düşdük. 31 il köçkün həyatı yaşadıq. Amma bu gün bizim o qorxulu yuxularımız sona çatdı. Sabah gözümüzü öz yurdumuzda, evimizdə açacağıq. Çox sevincliyəm. Bu sevinci bizə prezidentimiz, ordumuz, şəhidlərimiz, qazilərimiz bəxş etdilər. Onların qarşısında baş əyirəm”, - deyə Tutu Məmmədova təəssüratlarını bölüşüb.