Moskvada Rusiya müdafiə nazirinin keçmiş müavini, general Aleksandr Kolmakovun arvadı oğurlanıb."AzPolitika.info” xəbər verir ki, bu barədə Rusiya mətbuatı məlumat yayıb.Məlumata görə, mayın 10-da işdən qayıdan Kolmakov arvadını evdə tapmayıb.Gecə saatlarında generala zəng edən naməlum şəxs ona deyib ki, arvadı oğurlanıb, əgər 1 milyon rubl verməsə, onun üçün pis olacaq.Generalın polisə müraciət etdiyi bildirilir.