2024 seçkiləri:
Kaliforniyalı Culi Berkeley Universitetinin məzunu olan yaxşı təhsilli bir Latın amerikalıdır...

Donald Trampdan sonra ABŞ-ın hazırkı prezidenti, 80 yaşlı Co Bayden də gələn ilin 5 noyabrında keçiriləcək seçkilər üçün namizədliyini elan etib. Olduqca çətin keçəcəyi gözlənilən seçki marafonunda Bayden kampaniyasını Culi Çaves Rodrigesə əmanət edib.

Poliqon xarici mətbuata əsasən xəbər verir ki, Ağ Evin 45 yaşlı müşaviri Çavesin şöhrəti onun ailəsində üçüncü nəsil fəal olmasından irəli gəlir. Onun babası, Meksika əsilli Sezar Çaves 1960-70-ci illərdə amerikalı ferma işçilərinin və miqrant işçilərinin hüquqları uğrunda mübarizə aparan həmkarlar ittifaqı lideri, nənəsi Helen Fabela Çaves isə tanınmış əmək hüquqları müdafiəçisi olub. Culinin valideynləri də həmkarlar ittifaqı hərəkatında onun liderlik irsini davam etdirirlər və qızları ilə birlikdə 70-ci illərin sonlarında işçi hərəkatının görkəmli simaları olublar.

Bütün Amerikada latınların və işçilərin qəhrəmanı kimi tanınan Sezar Çavesin nəvəsi, kaliforniyalı Culi uşaq yaşlarında atası və babası ilə birlikdə etiraz aksiyalarına qatılmasına rəğmən, Berkeley Universitetinin məzunu olan yaxşı təhsilli bir Latın amerikalıdır. Vətəndaş cəmiyyətində və həm əyalət, həm də federal hökumətdəki işi ilə o, Amerika cəmiyyətində ikinci dərəcəli hesab edilən, lakin çox böyük səs faizinə malik olan Latın icmasında hörmətli bir yerə sahibdir. Bu baxımdan Baydenin ilk dönəmdə çox da məmnun edə bilmədiyi fəhlə və Latin icmasının səsəini qazanmaq üçün öz kampaniyasını amerikalı işçilər üçün simvolik adlardan birinə - Çaveslərə həvalə etməsi həm də strateji seçimdir.

Üstəlik, bu gün Ağ Evdə ən yüksək vəzifə olan latın titulu sahibi Culi Çaves Rodriges uzun illərdir ki, Demokratlar Partiyasında çalışır. Bir çox vəzifəni tutumuş Culi Barak Obamanın ictimaiyyətlə əlaqələr komandasında yer alıb və ABŞ vitse-prezidenti Kamala Harrisin prezidentliyə namizədlik kampaniyasının əyalət direktoru olub.

Ağ Evin Hökumətlərarası Əlaqələr Ofisinin direktoru olmazdan əvvəl Baydenin 2020-ci il seçki kampaniyasında iştirak edib və daha sonra onun baş məsləhətçisi olub. 2024-cü ildə o, ilk dəfə prezidentlik kampaniyasının rəhbəri olaraq Baydenə ikinci dəfə seçkini qazandırmaq kimi çox çətin vəzifəni yerinə yetirəcək.

Çavesin həmkarlar ittifaqı və aktivist köklərini tərk etdiyini deyən kiçik bir kəsim olsa da, onun siyasi münasibətlərdə güclü bir xarakter olduğu deyilir. Çavesin soyadının nə dərəcədə faydalı olacağı ilə bağlı şübhələr olsa da, onun ailəsindən miras aldığı döyüş ruhunun təsirinin görünəcəyi düşünülür.
pia.az
 

Dünyapress TV

Xəbər lenti