Məşhur aktrisa tədbirə hicabsız getdi, direktor işdən çıxarıldı
İranda məşhur aktrisa Panteya Bəhramın “Aslan dərisi” serialının sonuncu bölümünün
nümayişinə hicabsız getməsi qalmaqala səbəb olub.
“Mehr” agentliyi xəbər verir ki, aktrisanın “Lotos” kinoteatrında baş tutan sözügedən tədbirə baş
örtüyü olmadan qatılmasına görə kinoteatrın direktoru vəzifəsindən kənarlaşdırılıb.
Ölkənin Kino Təşkilatının Monitorinq və Qiymətləndirmə üzrə direktorunun müavini Həbib
İlbeginin sözlərinə görə, kinoteatrla bağlı da araşdırmalar aparılacaq və yaxın günlərdə
müəssisə ilə bağlı qərar veriləcək.

Dünyapress TV

Xəbər lenti