Yeniyetmə qızlar Tovuzdakı gecə klubunda necə peyda olur? - Video
Tovuzun Aşağı Quşçu kəndinin sakinləri yaşaış məntəqəsindəki gecə klublarının onlara narahatlıq törətdiyini deyir. Camaat, xüsusilə axşam saatlarından sonra işə başlayan iaşə müəssisələrinin fəaliyyətindən şikayətçidir...

Aşağı Quşçu camaatı indiyədək bu kənddə heç vaxt ağlına gətirmədiyi vəziyyətlə üz-üzə qalıb.

Nəinki gecələri səs-küydən yata bilməmək, hətta kəndlilərin kafeləri əxlaqsızlıq yuvası adlandırması bir yana, valideynləri bundan daha çox narahat edən başqa bir problem yaradır buradakı gecə klubları.

Aşağı Quşçu sakinləri kənardan gələn yad qızları evində saxlayan həmkəndlilərindən də şikayətçidir. Barələrində narazılıq olanlar isə yerli polisdən xəbərdarlıq aldıqdan sonra tanımadıqları adamlara gecələməyə yer vermədiyini deyirlər.

Aşağı Quşçunun yeniyetmə və gəncləri valideynləri bilməsin deyə, kənddəki iaşə obyektlərinə getməsələr də, yaxınlıqdakı belə məkanları, necə deyərlər, tez-tez “ziyarət edir”...

Indiyədək bir çox ünvana yazılı şəkildə müraciət etdiklərini deyən kəndlilər hələ də kiminsə onlara cavab verəcəyinə ümid bəsləyir..

Sakinlər gecə klublarından birinin, DİNİ Qurumlarla İş üzrə Dövlət Komitəsinin Tovuz rayon şöbəsinin müdiri işləyən həmkəndliləri Rasim Nağı oğlu Tağıyevə məxsus olduğunu deyir. Qarşı tərəfin münasibətini öyrənmək istəyimizə, nəinki, Vətən müharibəsi iştirakçısı olduğunu deyən və həmin kafelərdən birini işlədən Samir Məmmədovun kameramıza əl atmqla verdiyi cavab, özünü Nağı Tağıyevin qardaşları kimi təqdim edən Zöhrab və Mətləb Tağıyevlərin reaksiyası kəndlilərin nə qədər haqlı olduğuna işıq saldı:

Hadisə yerinə Tovuz Rayon Polis Şöbəsinin əməkdaşları gəlib.

Çəkiliş qrupu ilə birgə polis şöbəsinə dəvət olunan Zöhrab və Mətləb Tağıyev qardaşları, özünü vətən müharibəsinin iştirakçısı kimi təqdim edən Samir Məmmədov jrunalistlərlə barışığa nail olmağa çalışıb... Amma necə deyərlər, iş-işdən keçmişdi...

Aşağı Quşçu sakinləri kənardan gələn yad qızları evində saxlayan həmkəndlilərindən də şikayətçidir. Barələrində narazılıq olanlar isə yerli polisdən xəbərdarlıq aldıqdan sonra tanımadıqları adamlara gecələməyə yer vermədiyini deyirlər.

Ümid edək ki, Aşağı Quşçunun ərşə çəkilən yuxusu bundan sonra pozulmayacaq...

APA.TV

Dünyapress TV

Xəbər lenti