Rusiya prezidenti Vladimir Putinin qeyri-rəsmi xanımı olduğu iddia edilən Alina Kabayeva yeni sərvətin sahibi olub.
KONKRET.az xarici agentliklərə istinadən xəbər verir ki, martın əvvəlində Vladimir Putinin sevgilisi “Nebesnaya qratsiya” Assosiasiyasının direktoru olub. Sənədlərə əsasən, “Nebesnaya qratsiya” bir neçə fəaliyyət növünə malikdir. Burada film istehsalından tutmuş, idman və istirahət fəaliyyəti, əmlakın idarə edilməsi, hətta masaj salonlarının idarəçiliyi də var.
Şirkət Putinin dostlarının qurduğu “Sirius Xüsusi İqtisadi Zonası”nda qeydiyyatdan keçib. Qeydiyyat yeri Triumfalnaya küçəsi, 7 ünvanı göstərilib. Bura 2,2 milyard rubl (28 milyon 248 min ABŞ dolları) dəyərində idman kompleksinin binasıdır. Bina əvvəllər “Qazprom”un törəmə müəssisələrinə məxsus olub, lakin bu ilin yanvar ayında Bədii Gimnastika Akademiyasına hədiyyə edilib. Yeri gəlmişkən, Akademiyaya Alina Kabayeva nəzarət edir, onun şirkəti bu binada yerləşir.