Avqustun 26-da Azərbaycan Ordusu Laçın şəhərin, Zabux və Sus kəndlərin Rusiya “pisməramlılar”ından geri aldı. Uzun çəkən əsəb müharibəsi Azərbaycanın istəyinə uyğun şəkildə tamamlandı. Ermənilər onlar üçün salınmış yeni marşrutdan istifadə etməli oldular...
O vaxt yazmışdım, bir daha xatırladıram: Marşrutun dəyişməsi Azərbaycana böyük üstünlüklər verdi. Belə ki, köhnə marşrut üzərindən Ermənistan Qarabağ ermənilərinə qaz, işıq və İnternet xətti ötürürdü. Marşrutun dəyişməsi nəticəsində bütün bu xətlər avtomatik olaraq Azərbaycanın nəzarətinə keçdi...
Aydındır ki, Azərbaycan istədiyi vaxt bu xətləri bağlaya bilər. Yəni erməniləri qaz, işıq və İnternetsiz qoymaq bizim üçün su içmək kimi asan bir işdir...
Təbii ki, bu, arzuolunan iş deyil. Qışın oğlan çağında erməninin qazını, işığını, internetini kəsmək onlara zülm etməkdir. Amma ermənilər ipə-sapa yatmaq istəməsələr bütün təzyiq vasitələri işə düşəcək. Başqa variant yoxdur. Həm də I Qarabağ Müharibəsi zamanı ermənilər humanizm prinsiplərinə elə tüpürüblər ki, biz onlara nə qədər pislik etsək, yenə azdır...
Heç şübhəsiz ki, Azərbaycan Qarabağ ermənilərinin qaz, işıq və İnternet bağlantısını öz üzərinə götürməlidir. Ermənistandan Qarabağa ötürülən bütün xətlər kəsilməlidir. Əlbəttə, bu, müəyyən zaman tələb edən işdir. Ancaq bu, iş mütləq görülməlidir. Erməni bilməlidir ki, onun istifadə etdiyi qaz, yandırdığı işıq, bağlandığı İnternet Azərbaycanın əlindədir. Əgər o, Azərbaycan qanunlarına tabe olmasa, həmin əl dəmir yumruğa çevrilib onun başına da çırpıla bilər...
Bunları niyə yazdım? Deyirlər ki, Azərbaycan Qarabağ ermənilərinin qazını kəsib. Məncə, bu, azdır. İşığı da, İnterneti də kəsmək lazımdır. Qarabağdakı erməni hiss etməlidir ki, Azərbaycanla qara-qışqır dili ilə danışmaq olmaz. Nə Paris, nə də ki Moskva onlara elə bir yardım etməyəcək...
Dekabrın 5-də yazmışdım ki, Rusiyanın razılıq verdiyi mini gömrük postunun qurulması o deməkdir ki, Laçın yolu dəhliz statusun itirdi. Bu, Azərbaycan və onun dostlarının növbəti uğurudur. Hal-hazırda Qarabağda baş verənlər onu deməyə əsas verir ki, Azərbaycan bu uğuru möhkəmlədirməkdə israrlıdır.
Dost da, düşmən də bilməlidir ki, Zəngəzura dəhliz statusu verilməsə, Laçın da dəhliz statusunu itirəcək.
Erməni, sən Xankəndindən maneəsiz İrəvana getmək istəyirsən. Yaxşı eləyirsən. Biz də Zəngilandan Naxçıvana maneəsiz çıxış əldə etmək istəyirik. Mənə bu, olmazsa, sənə dünəndən olmaz. Bu qədər bəsit...
Hazırda Qarabağda Rusiya Ordusu ilə üz-üzə dayanan soydaşlarımız bu sadə həqiqəti ermənilərə (elə ruslara da) başa salmağa çalışır....
P.S Şaxtanın qılınc kimi kəsdiyi bu günlərdə bu işin altına çiynini verən hər bir vətən övladına minnətdarlığımı bildirirəm. Allah sizləri var eləsin. Azərbaycan sizin kimi insanları ilə böyükdür...
Elbəyi Həsənli
Teref.az