44 yaşlı Ruben Sənəmyan Xalqımıza tanış sima , tanış addır. Ruben Sənəmyan iyulun 2020-ci il 13-dən 14-nə keçən gecə Tovuz rayonunda şiddətli döyüşlər zamanı Azərbaycan Ordusunun general-mayoru Polad Həşimovun şəhid olduğu təxribatın təşkilatçısı və Generalımızı şəhid edən ermənidir.
Ermənistan prezidenti Armen Sarkisyanın 21 avqust 2020-ci il tarixli fərmanı ilə kapitan Sənəmyana milli qəhrəman adı verdi.
2020 -ci ilin 44 günlük müharibəsi zamanı Azərbaycan mediası yaydı ki, guya ordumuz Sənəmyanı məhv edib. Amma sonra məlum oldu ki, Sənəmyan sağ salamatdır. Hətta 2021- çi ildə internet TV -yq "qəhrəmanlıgi" ilə bağlı müsahibə də verdi.
Yeri gəlmişkən, 22 sentyabr 1976-cı ildə Dilicanda anadan olan Ruben Sanamyan 1995–1997-ci illərdə Ermənistan Silahlı Qüvvələrinin ön cəbhəsinin hərbi hissələrindən birində müddətli hərbi xidmət aparmışdır. O, 2006-cı ildən bəri Ermənistan Silahlı Qüvvələrində müqaviləli hərbi qulluqçudur. Ruben Sənəmyan 2012-ci ildə də Azərbaycan-Ermənistan sərhədində döyüşüb. O həmçinin, "Vətən" ordeni ilə mükafatlandırılmışdır.
Erməni generalı boğaraq öldürən ŞƏHİDimiz Cəbrayıl Dövlətzadənin ruhu qarşısında baş əyirəm! Amma mənim üçün hələ də müəmma olaraq qalır ki, şəhidimiz öldürdüyü, Polad Həşimovun qatili olan hansı general və yaxud kapitan imiş?Niyə indiyə qədər onun adı açıqlanmır? 19 yaşında Cəbrayıl Dövlətzadə bir günlük müharibədə olmaqla erməni generalını və polkovniklərini əlləri ilə necə boğa bilib?Axı, Cəbrayıl Dövlətzadə 28 sentyabr 2020, Kəlbəcər rayonunda şəhid olub və sadəcə 1 gün döyüşə girib? Əgər Cəbrayılın öldürdüyü Sənəmyandırsa, onda niyə hələ də sənəmyan sağdı. Yaxşı o deyilsə, bəs o zaman Dövlətzadə kimi boğub öldürüb?
Kaş bu sirri muəmmalarin, çözümü açılaydı və gənclər qəhrəmanlıq nümunəsini tam gerçəkliyi ilə oyrənəydi Əntiqə Rəşid