"Səfərbərlik daha çevik olacaq” - Ukrayna səfərbərlik siyasətini dəyişir
Ukrayna hökuməti hərbi xidmətə çağırış praktikasını dəyişməyi planlaşdırır və həmin dəyişikliklər bu həftə açıqlanacaq.

“AzPolitika.info” xəbər verir ki, bunu “The Guardian” Ukrayna hakimiyyətindəkiN yüksək vəzifəli mənbələrə istinadla yazıb.

Xəbərdə deyilir ki, hökumət məqsədyönlü və effektiv səfərbərlik üçün peşəkar kommersiya şirkətlərilə əməkdaşlıq edəcək və həmin şirkətlər çağırışçıların konkret peşə və bacarıqlarına uyğun şəkildə səfərbərliyə cəlb edilməsini təmin edəcəklər. Nəticədə çağırışçılar öz bacarıqlarına uyğun xidmət sahələrini seçə biləcəklər.

Ukrayna Təhlükəsizlik Şurasının katibi Aleksey Danilov isə bildirib ki, hökumət Ukraynanın iki ən böyük işə götürmə şirkəti ilə işləyəcək. Bu, xüsusi bacarıqlara malik insanları müəyyən etməyə şərait yaracaq: "Səfərbərlik daha çevik olacaq, tələb olunan ixtisaslar açıqlanacaq, konkret vəzifə üçün yerlər elan olunacaq”.

Qeyd edək ki, ötən həftə Danilov xidmət müddəti başa çatmış çağırışçıların yaxın vaxtlarda tərxis olunacağını bildirib.

Ukrayna Prezidenti Volodimir Zelenski isə Müdafiə naziri Rustem Umerova, Ukrayna Silahlı Qüvvələrinin Baş Komandanı Valeri Zalujnıya və nazirliklərə gələn həftəyə qədər hərbçilərin səfərbər edilməsi üçün kompleks plan hazırlamağı tapşırıb.
 

Dünyapress TV

Xəbər lenti