Rus ordusunda qadınlardan ibarət “Hispaniola” adlı muzdlu batalyon yaradılıb.
“AzPolitika.info” xəbər verir ki, bu barədə “Mühüm hekayələr” nəşri məlumat yayıb.
Məlumata görə, batalyondakı qadınlar snayper, tibb, rabitə və elektron döyüş bölmələri üzrə təlim keçirlər.
Qeyd olunur ki, ilkin müqavilə 6 ay olur və bu müddət ərzində qadınlara 110-120 min rubl (təxminən 2300 manat) aralığında ödəniş edilir.
Daha sonra həmin qadınlar döyüş bölgəsinə göndərilir və bu zaman maaş ikiqat artır. Döyüş zamanı yaralanan qadınlara 1 milyondan 3 milyon rubla qədər, həlak olanların yaxınlarına isə 5 milyon rubl ödəniş ediləcəyi bildirilir.