Ukrayna ordusu Rusiyanın dərinliklərinə dron hücumlarını davam etdirir.
“AzPolitika.info” xəbər verir ki, Rusiya KİV-ində Smolensk Aviasiya Zavoduna PUA hücumu barədə məlumat və görüntülər yayımlanıb.
Məlumatda deyilir ki, zavoda iki dron hücumu həyata keçirilib. Dronlardan biri zavodun sexlərindən birinin damına düşərək partlayıb. Lakin partlayışın ciddi təlafat törətmədiyi bildirilir.
Qeyd edək ki, Smolensk şəhəri Rusiya ilə Belarusun sərhədində yerləşir və oradan Ukraynaya ən yaxın məsafə təxminən 300 kilometrə qədərdir. https://t.me/azpolitika/20830