HƏMAS israilli girovların azad edilməsini təxirə saldı
HƏMAS hərəkatının hərbi qanadı Əl-Qəssam Briqadaları İsrail tərəfi atəşkəs razılaşmasının şərtlərinə əməl edənə qədər ikinci qrup israilli girovların azad edilməsini təxirə salıb.
HƏMAS Siyasi Bürosunun rəhbərinin media üzrə müşaviri Taher əl-Nunu deyib ki, İsrail Qəzza zolağında atəşkəs razılaşmasını dəfələrlə pozub.
Onun sözlərinə görə, israillilər yük maşınlarının ölkəyə girişi ilə bağlı müqavilənin müddəalarına da əməl etmirlər.
Qeyd edək ki, noyabrın 24-də HƏMAS dördü yeniyetmə olmaqla 13 girovu İsrail tərəfinə təhvil verib. Təl-Əviv isə bunun əvəzində 39 fələstinlini - 24 qadını və 15 yeniyetməni azad edib. (Trend)
 
 
 

Dünyapress TV

Xəbər lenti