Azərbaycanın Türkiyədəki səfirliyində YEYİNTİ FAKTLARI... - İTTİHAM VAR!
Bugünlərdə "Hürriyyət"in redaksiyasına müraciət edən Azərbaycan Respublikasının Türkiyə Cümhuriyyətindəki Səfirliyinin təsərrüfat müdiri-komendantı vəzifəsində çalışmış Hikmət Əliheydər oğlu Şükürov ölkəmizin Türkiyədəki fövqəladə və səlahiyyətli səfiri Rəşad Məmmədov tərəfindən qanunsuz olaraq işdən azad edildiyini iddia edib.

"Sabiq səfir Daşqın Şikarovun qohumu olduğu üçün işə qəbul edilən maliyyə üzrə attaşe Üfüq Tərlanov qanun və təlimatlara əməl etmədiyindən mənə normal işləməyə imkan vermirdi"

2019-cu ilin may ayında ezamiyyətə göndərildiyini deyən Hikmət Şükürovun sözlərinə görə, o, 2 ay pulsuz çalışıb, yəni bu müddət ərzində ona əməkhaqqı verilməyib: "Mən 1998-ci ildən Xarici İşlər Nazirliyində ştatdankənar işçi kimi çalışırdım. Bu müddət ərzində Pakistan İslam Respublikası, Azərbaycanın YUNESKO-dakı Nümayəndəliyi və Azərbaycanın Fransadakı Səfirliyində uzunmüddətli ezamiyyətdə olmuşam. Lakin 15.05.2019-cu il tarixdə Azərbaycan Respublikasının Türkiyə Cümhuriyyətindəki Səfirliyinə ezam olunmuşam. 15.07.2019-cu il tarixdən etibarən isə əmrlə səfirlikdə təsərrüfat müdiri-komendant vəzifəsinə işə qəbul edilmişəm. Beləcə, 2 ay pulsuz, əmək haqqı ödənmədən çalışmışam. İşlədiyim müddətdə sabiq səfir Daşqın Şikarovun qohumu olduğu üçün işə qəbul edilən maliyyə üzrə attaşe Üfüq Tərlanov qanun və təlimatlara əməl etmədiyindən mənə normal işləməyə imkan vermirdi. Əlində maliyyə resursları olduğundan kollektivi mənə qarşı qaldırıb. Məsələn, əməkdaşların uzunmüddətli məzuniyyətə gedib-gələrkən şəxsi əşyalarının daşınmasını istədiyi adamdan kq-ın 9 avrodan qəbul edir və ya diplomatlara ayrılmış təmsilçilik vəsaitinin silinməsi üçün saxta qaimələri qəbul edir".

"Dəfələrlə tələb etməyimə baxmayaraq, Üfüq Tərlanov mənə səfirliyə ayrılmış büdcədəki təsərrüfat müdirinə aid işlərin smetasını göstərməmiş və məni özündən asılı vəziyyətə salmışdır"

Azərbaycan Respublikasının Türkiyə Cümhuriyyətindəki Səfirliyinin maliyyə məsələləri üzrə attaşesi Üfüq Tərlanovun qanun və təlimatlara əməl etməməsinə dair faktları açıqlayan Hikmət Şükürov bildirib ki, adıçəkilən şəxs təsərrüfat müdirindən xəbərsiz müşavir Ruslan Abdullayevlə əlbir olaraq səfirlikdə döşəmələrdəki laminat lövhələrin və plafonların dəyişdirilməsini həyata keçirib: "Bundan başqa, o, yəni Üfüq Tərlanov pandemiya ilə əlaqədar konsulluğa tikilən qəbul otağının tikintisində iştirakıma izn verməyib. Sübut olaraq nə tender keçirilən aktda, nə də təhvil-təslim aktında imzam olmadığını və daxili izləmə kameralarında tikinti vaxtı əsasən kimin nəzarət etdiyini göstərə bilərəm. Təsərrüfat müdirindən xəbərsiz müşavir Ruslan Abdullayevlə əlbir olaraq səfirlikdə döşəmələrdəki laminat lövhələrin və plafonların dəyişdirilməsini həyata keçirib. Sübut kimi mənə heç bir sənəd göstərmədiklərini və imzalatdırmadıqlarını qeyd edə bilərəm. Bundan başqa, hər ay əsas və azqiymətli invertarların cədvəlini mənə təqdim edib imzalatdırmalı olduğu halda Üfüq Tərlanov buna əməl etməyib. Sabiq səfir Xəzər İbrahim uzunmüddətli ezamiyyətini başa vurub gedərkən ona təhvil-təslim aktını tərtib etməyi tapşırsa da o, bunu etməyib. Ancaq o zaman mənim cənab səfir Xəzər İbrahimdən iqamətgahdakı invertarları təhvil verməsini tələb etdiyimdən Üfüq Tərlanov yalnız əsas vəsaitin qeydiyyat cədvəlini təqdim edib. Onun əsasında iqamətgahda olan, yalnız İPHONE-12 mobil telefonundan başqa bütün əsas vəsait invertarlarını təhvil almışam. Həmin telefonu sonradan poçtla səfirliyə göndərmişdir. Amma azqiymətli invertarları təhvil ala bilməmişəm. Onu da bildirim ki, sabiq səfirin işlədiyi dövrdə heç bir xidməti qeyd yazmağa imkan verməmiş və ancaq hesabat vaxtı imza səhifəsini göstərib imzalatdırıb. Dəfələrlə tələb etməyimə baxmayaraq, Üfüq Tərlanov mənə səfirliyə ayrılmış büdcədəki təsərrüfat müdirinə aid işlərin smetasını göstərməmiş və məni özündən asılı vəziyyətə salmışdır".

"2022-ci ilin fevral ayının 2-də Üfüq Tərlanov mənə səfirliyin 06 CD 3444 və 06 CD 3278 nömrə nişanlı avtomobillərinin silinməsi üçün mərkəzə göndəriləcək aktı imzalatdırdı"
b_400_300_16777215_00_https___teref.az_uploads_posts_2023-03_1678189904_7.jpg
b_400_300_16777215_00_https___teref.az_uploads_posts_2023-03_1678189905_6.jpg
b_400_300_16777215_00_https___teref.az_uploads_posts_2023-03_1678189907_5.jpg
b_400_300_16777215_00_https___teref.az_uploads_posts_2023-03_1678189907_4.jpg
b_400_300_16777215_00_https___teref.az_uploads_posts_2023-03_1678189908_3.jpg
b_400_300_16777215_00_https___teref.az_uploads_posts_2023-03_1678189910_2.jpg
b_400_300_16777215_00_https___teref.az_uploads_posts_2023-03_1678189910_1.jpg
Hikmət Şükürov qeyd edib ki, bu vaxtadək lazımı orqanlara şikayət etməməsinin səbəbi əlində heç bir sənədin olmaması ilə bağlıdır: "Lakin 2022-ci ilin fevral ayının 2-də Üfüq Tərlanov mənə səfirliyin 06 CD 3444 və 06 CD 3278 nömrə nişanlı avtomobillərinin silinməsi üçün mərkəzə göndəriləcək aktı imzalatdırdı. Həmin gün mənə təhkim olunmuş 06 CD 5378 nömrə nişanlı avtomobili servisdən götürərkən servis sahibi, Türkiyə vətəndaşı Hasan Aksoy Üfüq Tərlanova çatdırmağa sənəd verdi. Baxdıqda sənədin 06 CD 3444 və 06 CD 3278 nömrə nişanlı avtomobillərinə hazırlanmış saxta təmir qiymətləndirməsi qaiməsi olduğunu gördüm. Halbuki, həmin avtomobillər saz vəziyyətdə idi. Kamera görüntüləri də bunu təsdiq edə bilər. Bundan başqa, təmir zamanı səfirlikdə su borusunun sayğacdan kənar qoşulduğunu aşkarlamışam və xidməti qeydlə müraciət etmişəm, lakin hələlik heç bir nəticəsi yoxdur. Onu da əlavə edim ki, 11.02.2022-ci il tarixdə saat 14:40, 14:50 radələrində Üfüq Tərlanov onun qanunsuz əməlləri haqda səfirlik qrupunda mesaj yazdığım üçün otağıma hücum edib. O, müqavimət göstərdiyimi görüb otaqdan bayıra çıxıb, otağı üzərindəki açarla bağlayıb, məni hədələyib və sonra açarı atıb gedib. Bunu otağımın qarşısında olan kamera görüntüləri ilə sübut edə bilərəm. Onu da nəzərinizə çatdırım ki, Üfüq Tərlanovun rotasiyaya əsasən 4 illik müddəti 2022-ci ilin fevral ayında bitib və o, 2021-ci ilin yanvarında məzuniyyətə gedərkən övladlarının Ankaradakı NATO məktəbindən sənədlərini onun xahişi ilə mən almışam. Sonradan necə oldusa övladlarını yenidən məktəbə yazdırdı. O, məndən sonra işə qəbul olunmasına baxmayaraq, Xarici İşlər Nazirliyinin ştatına alınıb. Ona səfirlikdə 4 ildən artıq işləməyə icazə verildiyi halda, mənə 3 il işləməyə imkan vermədilər".

Azərbaycanın Türkiyə Səfirliyinin invertarların qeydiyyat cədvəlində aşkarlanan qanun pozuntuları...

Şikayətçinin sözlərinə görə, 2021-ci ilin dekabr və 2022-ci ilin yanvar ayı üzrə əsas və azqiymətli invertarların qeydiyyat cədvəlini araşdıran zaman bir sıra qanun pozuntuları aşkarlayıb: "Belə ki, səfirliyin qarajında invertar siyahısında qeydiyyatda olmayan 06 CD 3362 nömrə nişanlı avtomobil olduğunu aşkar etdim. Bundan başqa, 2011-ci ilin iyun ayında alınmış 200 avro qiymətində olan "Şərq şəhəri" adlı rəsm əsəri, 350 avro qiymətində olan "Oxatan" adlı rəsm əsəri, 250 avro qiymətində olan "İstanbul gümbəzləri" adlı rəsm əsəri, 2015-ci ilin yanvar ayında alınmış 400 avro qiyməti olan "Makedoniya" adlı rəsm əsəri, 27.02.2018-ci il tarixdə alınmış 129,32 avro qiymətində Çay dəsti, 12.07.2018-ci il tarixdə alınmış 116 avro qiymətində H.Əliyevin 95 illik yubileyinə həsr edilmiş kitab mövcud deyildi. 2013-cü ilin may ayında alınmış 51345,98 avro qiymətində olan X-RAY test cihazı mpvcud olsa da, qiyməti məndə şübhə doğurur. Hələ bu, harasıdır. 2015-ci ilin noyabr ayında alınmış azqiymətli inventarların qeydiyyat cədvəlindəki ümumi dəyəri 1961,81 avro olan 400 ədəd "Sözdə böyük Ermənistan.Faktlar və sübutlar" kitabı, həmin vaxt alınmış ümumi dəyəri 615,38 avro olan 200 ədəd "Dağlıq Qarabağ" kitabı və dəyəri 738,46avro olan 200 ədəd "İrəvan şəhəri" kitabı mövcud deyildi. 12.03.2021-ci il tarixdə səfirlikdəki döşəmələrin laminat lövhələrlə dəyişilərkən alınmış ümumi dəyəri 1311,13 avro olan 27 ədəd otaq lampalarının qiyməti şübhəli görünür".

"Qeyd etdiyim artıq inventarlar SOCAR şirkətinin Ankara nümayəndəliyinin pandemiya ilə əlaqədar Türkiyədəki Azərbaycan vətəndaşı olan tələbələrə ərzaq yardımı göstərilməsi üçün səfirliyə ayrılmış vəsait hesabına alınıb"

Azərbaycan Respublikasının Türkiyə Cümhuriyyətindəki Səfirliyinin təsərrüfat müdiri-komendantı vəzifəsində çalışmış Hikmət Şükürov bildirib ki, inventar cədvəlində qeydiyyatda olmayan səfərliyin qarakına yığılmış yeni alınmış 6 ədəd "Altus" markalı soyuducu, 3 ədəd "Altus" markalı paltaryuyan, 1 ədəd "Singer" markalı paltartikən maşın və 1 ədəd meyvə şirəsi maşını da aşkar edib: "Həmçinin, səfirliyin 27 nömrəli otağında yığılmış və yeni alınmış, lakin inventar cədvəlində qeydiyyatda olmayan6 ədəd "Baymak" markalı kondisioner, 2 ədəd "Fuji Plus" markalı kondisioner, 2 ədəd "Altus" markalı kondisioner aşkar etdim. Səfirliyin əvvəllər ibadət otağı, hazırda isə hədiyyə anbarı kimi istifadə olunan otağında çoxlu şərab və digər spirtli içkilər aşkar etdim. Eşitdiyimə görə, qeyd etdiyim artıq inventarlar SOCAR şirkətinin Ankara nümayəndəliyinin pandemiya ilə əlaqədar Türkiyədəki Azərbaycan vətəndaşı olan tələbələrə ərzaq yardımı göstərilməsi üçün səfirliyə ayrılmış vəsait hesabına alınıb".

Hikmət Şükürov sonda əlavə edib ki, bütün bu qeyd olunan qanunsuzluqlarla bağlı Xarici İşlər Nazirliyinə yazılı şikayətlə müraciət etdikdən sonra Azərbaycanın Türkiyədəki fövqəladə və səlahiyyətli səfiri Rəşad Məmmədov kollektivdən böhtan xarakterli izahatlar alaraq, heç bir məhkəmə qərarı olmadan onun cinayət işləri ilə məşğul olduğunu elan edib: "Səfir bunu əsas gətirərək, 04.02.2022-ci il tarixdən işə buraxılmamam haqda saxta əmr verib. Hazırda bu əmrə əsasən mühafizə dəstəsinin əməkdaşları məni işə buraxmırlar. Odur ki, mən də sizin vasitənizlə müvafiq qurumlara müraciət edir, onlardan məsələnin araşdırılmasını, mənə qarşı edilən qərəzli hərəkətlərə son verilməsinə köməklik göstərmələrini xahiş edirəm".

Hurriyyet.az

 
 
 

Bölmənin digər xəbərləri

28 Noyabr 2024 "Məşğulluq Agentliyinin nümayəndələri bütün rayonlarda korrupsiya ilə məşğuldurlar" - ekspertdən İTTİHAM
28 Noyabr 2024 Tovuz Sosial- İqtisadi Kollecin yeni direktorundan da şikayət var – Müəllimlər haqlarını tələb edir
28 Noyabr 2024 Malalamaqla deyil, bu nazir dəyişməlidir… - ÇAĞIRIŞ
28 Noyabr 2024 QHT sədrinin deputatlıq sevdası ərinin karyerasını bitirdi - İLGİNC İDDİALAR
28 Noyabr 2024 “Yaşıl dəhliz”ə kimlər və necə nəzarət edir? - Mallar başqa, sənədlər başqa...
28 Noyabr 2024 “Capital City” MTK üçün İNSAN CANI BİR HEÇDİR...
27 Noyabr 2024 Mürsəl İbrahimovun “X5” sevdalı işçisi... - O GÖRÜNMƏZDİRMİ?
27 Noyabr 2024 Buldozerlə kürünən "Kubinka"... - "Özümüzü öldürmək həddinə çatmışıq"
27 Noyabr 2024 Emin Əmrullayevin kadrı Elm və Təhsil Nazirliyindən yüz minlik tender uddu
27 Noyabr 2024 ARB-nin 5 mərtəbəli studiya binası hansı məmura məxsusdur - İLGİNC...
26 Noyabr 2024 “Şəkər Zavodu metal alveriylə məşğuldur” - BU NƏDİ BELƏ?..
26 Noyabr 2024 Elnur Cabbarov videosunu yayan işçisinin ərini həbs etdirib - TƏFƏRRÜAT
26 Noyabr 2024 "Kristal Abşeron"un "Aznet"lə soyğunçu monopoliyası: ...
26 Noyabr 2024 Avtopark müdiri İdarə rəisi Samir Cəbrayılovun özbaşına əməllərindən Prezidentə müraciət etdi
26 Noyabr 2024 Sumqayıtda antisanitariya: "Zibil qabları günlərlə daşınmır" - FOTO
26 Noyabr 2024 Ağlar günə qalan Gəncə: Dövlət qurumları hara baxır? – FOTO/VİDEO
26 Noyabr 2024 Xəstəxanalardakı “qəssab”lara bıçağı kim verir? – Nazirlik diplomsuz həkim sualından yayındı
26 Noyabr 2024 Gəncə Dövlət Tibb Kollecində RÜŞVƏT İDDİASI - Havayı yerə oxumayın..
25 Noyabr 2024 Xalqa qarşı açılan AYNA-lı: indi də bu qurumun əməkdaşları ağac dalında gizlənib...
25 Noyabr 2024 Dillər Universitetində NƏ OYUNLAR ÇEVRİLİR... - İLGİNC FAKTLAR...

Dünyapress TV

Xəbər lenti