Vasif Talıbovun oğlunun alimliyi haqda  ŞOK ARAŞDIRMA
Naxçıvan MR Ali Məclisinin sabiq sədri Vasif Talıbovun oğlu Seymur Talıbovun elmi dərəcəsini şübhə altına alan araşdırma aprılıb.

Redaktor.az xəbər verir ki, bu barədə araşdırmanı siyasi elmlər üzrə fəlsəfə doktoru, dosent Zaur Əliyev aparıb və o, nəticəni sosial şəbəkədə ictimailəşdirib.

“Seymur Talıbov hüquq üzrə fəlsəfə doktoru, dosentdir. Bir alim kimi onun elmi fəaliyyətini araşdırdım. Şokdayam. Bu adam 2012-ci ildə Naxçıvan Dövlət Universitetində beynəlxalq hüquq ixtisası üzrə qiyabi doktorantura təhsili alıb. Elə şok olan da burdadır”,-deyə Z.Aliyev qeyd edib.

O bildirib ki, Seymur Talıbov 2013-cü ildə “Regional enerji təhlükəsizliyinin beynəlxalq-hüquqi problemləri” adlı elmi iş müdafiə edərək, “hüquq üzrə fəlsəfə doktoru” elmi dərəcəsi alıb.

“2013-cü ildə elmi işini müdafiəyə təqdim edib. 2012-2013-cü illər arası 14 "məqaləsi" çap edilib. İlə 7 məqalə yazıb və hamısı da çox nüfuzlu jurnallarda dərc edilib. Halbuk,i o jurnallarda məqalə çap etmək üçün alim 6 ay gözləməlidir. Amma Talıbov qısa zamanla ardıcıl məqalələr dərc etdirib. Azərbaycan elmində “şok inqilab” yaradan Seymur Talıbov cəmi 1 il yarım ərzində işini bitirib, müzakirədən keçib və müdafiə edib. Halbuki, ən azı 6 ay vaxt lazımdır - müzakirə-seminar və müdafiə arası. Deməli, bu adam 1 ilə elmi işini "yazıb".

Proses belədir. Bilməyənlər üçün. Dissertasiya ən uzağı 2 ilə yazılır. 7 məqalə + 1-nin xaricdə drəc olunması tələb edilir. Bunu da 2 ilə ancaq etmək olar. Sonra iki müzakirə - aralarında 3 ay fərq olmalıdır. Sonra seminara qədər 3 ay, müdafiəyə də 1 ay yarım. Sənədlər bir aya hazırlanır gedir Ali Attestasiya Komissyasına. Orda da ən azı 6 ay işə baxılır. İndi özünüz hesablayın...

Dünyada belə alim yoxdur. İQ səviyyəsi 160-dan çox olan dünyanın nəhəng alimləri bir ilə dissertasiya və 14 məqalə yaza bilməz. Amma Seymur Talıbov "yazıb"...

Və... 2014-cü ilin əvvəli fəlsəfə doktoru diplomu alıb. Cəmi 2 aya... Orda təkcə ekspertlər 2 aya işi oxuyur, rəy verir. 2 ay ərzində texniki baxış keçirilir, Rəyasət Heyətinə çıxır. 1 ay ərzində işə baxılır. Sonra da növbəti ay ərzində diplom təqdim edilir. Özünüz hesablayın.

Dünyada elə adam yoxdur ki, sənədləri Ali Attestasiya Komissyasına versin və diplomunu belə qısa zamana alsın...

1 il 9 ay ərzində elmi iş götür, mövzunu təsdiqlə, koordinasiya şurasından keç, 14 məqalə yaz, dissertasiya yaz, müzakirə-seminar-müdafiədən keç və diplomunu da al.......

Əsl alimlər bilir ki, bu prosesi ən super alim 3 ilə güclə çatdıra bilər. Amma Seymur Talıbov elmin supermenidir -1 il 9 ay! Buna görə ona Nobel mükafatı düşür”, - deyə dosent Z.Əliyev bildirib.
 

Bölmənin digər xəbərləri

20 May 2025 Bu qurumları qanunsuz işlərə qarşı susduran səbəblər - "Hərənin öz payı"// VİDEO
20 May 2025 Məşhur müğənni AZERCELL-i İFŞA ETDİ - 4 günə necə bitə bilər?
19 May 2025 Dilbər Sadayeva Kaşpirovski rolunda -- Bakıda peyda olan "Pudokina" kimdir? - VİDEO
19 May 2025 Nizami məhkəməsinin (də!) öz məcəlləsi var?
19 May 2025 Mənə NAZİR tapşırıb! (VİDEO) (Nəyə görə imiş bu təhqirlər, söyüşlər, alçaltmalar və s...)
19 May 2025 Tikinti mafiyaları ilə ORTAQDIR - 1 İLƏ 100 MİLYON
18 May 2025 Şərqi Zəngəzur Regional Təhsil İdarəsinin müdiri Fuad Bədəlov İTTİHAM OLUNUR - ÖZBAŞINALIQDA
18 May 2025 ADSEA 8 milyonu hara xərclədi? - Prezidentin açılışını etdiyi yolu görün nə hala saldılar
18 May 2025 Ədliyyə Nazirliyinin idarə rəisi sərxoş vəziyyətdə SAXLANILDI VİDEO
18 May 2025 Ədliyyə Nazirliyinin idarə rəisi sərxoş vəziyyətdə SAXLANILDI VİDEO
18 May 2025 Bakını “Qəzza zolağına çevirən” kimlərdir(?)!: “Şamaxılı Cavid”ə “DUR” deyin…
18 May 2025 Rüstəm Bağırov İnşaat Materialları İnstitutunda nə kmi gizli işlər çevirir
18 May 2025 Adı olan, fəaliyyəti olmayan qurum - Deputat ianələri mənimsəyir?
18 May 2025 Vətən Müharibəsində iştirak etsə də, xanım müğənnimizdən fərqli olaraq veteran statusu ala bilmir - BAKI SAKİNİ MÜDAFİƏ NAZİRLİYİNİ İTTİHAM EDİR
18 May 2025 Nərimanov rayonunda yaşıl şam ağaclarını niyə kəsirlər?- FOTOLAR/VİDEO
17 May 2025 AQTA-nın Şirvan Regional Bölməsinə qarşı tükürpədici iddialar... - BU NƏDİ BELƏ?..
17 May 2025 İlqar Abbasov bir köşəyə çəkilib... AĞAC YEYİR... - BU DA FAKT! VİDEO
17 May 2025 Cəbrayılov ÇALDI... ÇAPDI... MAHALI... - İTTİHAM VAR... VİDEO
17 May 2025 Deputat İmamverdi İsmayılov spikerin 'gözünə girir', yoxsa fitrəti 'zaydır'? - BU NƏDİ BELƏ?
17 May 2025 Peşə Təhsilində səssiz, imtahansız təyinat? - Direktor postuna "sürpriz" adam

Dünyapress TV

Xəbər lenti