Bakının mərkəzində söküntü başlayır -
Bakı şəhərinin mərkəzində yeni söküntü başlayır, yerində park salınacaq.

Teleqraf-ın əldə etdiyi xəbərə görə, paytaxtın Yasamal rayonunda, Təzə Pir məscidinin tinindən Daxili İşlər Nazirliyinin (DİN) və Baş Prokurorluğun binalarına qədər olan ərazilər sökülüb Mərkəzi Parka birləşdiriləcək.

Hazırda ərazidə yaşayan sakinlər və obyekt sahibləri ilə danışıqlar aparılır. Söküntü Təzə Pir məscidinin tinindən yuxarıda 199 nömrəli məktəb (Süleyman Tağızadə, Mirzə Fətəli Axundov, Lev Tolstoy, Murtuza Muxtarov, Rza Quliyev küçəsi, Nizami, Zərgərpalan, Həzi Aslanov, Əli Quliyev, Bəşir Səfəroğlu, Vidadi, Çingiz Mustafayev küçələri), sol tərəfdə isə Nizami küçəsinin bir hissəsini əhatə etməklə DİN və Baş Prokurorluğun binalarına qədər olan ərazidə aparılacaq.

Söküntüdən sonra ərazidə hər hansı başqa yaşayış, qeyri-yaşayış binalarının tikintisi nəzərdə tutulmayıb və Mərkəzi Parka birləşdiriləcək.

Söküləcək evlərin hər kvadratına görə 2700 manat, qeyri-yaşayış obyektlərinin hər kvadratına görə 3000 manat kompensasiya ödəniləcək. Maliyyələşməni Maliyyə Nazirliyi həyata keçirəcək.

Hazırda əsas problem kvadratı az olan mənzillərlə bağlıdır. Söküntü aparılacaq ərazidə xeyli sayda 15-25 kvadratmetrlik evlər var. Hökumətdə qəbul edirlər ki, onların sahiblərinə ödənilən kompensasiya ilə Bakıda yeni mənzil sahibi olmaq mümkün deyil. Ona görə də vəziyyətdən çıxış yolları axtarılır.

Digər xəbərə əsasən, məsələyə Nazirlər Kabinetində baxılır və kvadratı az olan evlərlə bağlı vahid tarif hazırlanır. Qurumun yaxın vaxtlarda söküntü zamanı az kvadratlı (20-25-30) evlərə ödənilən kompensasiya məbləği ilə bağlı qərar verməsi gözlənilir.

Bəs həmin ərazilərdəki tarixi abidələrin taleyi necə olacaq?

Mədəniyyət Nazirliyi yanında Mədəni İrsin Qorunması, İnkişafı və Bərpası üzrə Dövlət Xidmətindən sorğumuza cavab olaraq bildirilib ki, ərazidəki tarixi abidələr qorunacaq. Məlumata görə, Mərkəzi Parkın genişləndirilməsi zamanı həmin əraziyə düşəcək tarixi və mədəniyyət abidələrinin siyahısı tutulub.

"Bakı şəhəri Süleyman Tağızadə, Mirzə Fətəli Axundov, Lev Tolstoy, Murtuza Muxtarov, Rza Quliyev küçəsi, Nizami, Zərgərpalan, Həzi Aslanov, Əli Quliyev, Bəşir Səfəroğlu, Vidadi, Çingiz Mustafayev küçələri arasında çoxlu sayda (72) tarix və mədəniyyət abidələri yerləşir.

Sözügedən məsələ ilə bağlı Mədəniyyət Nazirliyi yanında Mədəni İrsin Qorunması, İnkişafı və Bərpası üzrə Dövlət Xidmətinə vətəndaşlar tərəfindən də müraciətlər daxil olub. Məsələ aidiyyəti dövlət orqanları ilə birgə yerində araşdırılıb, müzakirələr aparılıb. Dövlət Xidməti tərəfindən tarixi abidələrlə bağlı müvafiq məlumatlar aidiyyəti üzrə təqdim olunub. Həmin abidələr dövlət mühafizəsindədir və hər hansı tarixi abidənin sökülməsi nəzərdə tutulmur", - qurumdan qeyd olunub.
 

Bölmənin digər xəbərləri

20 May 2025 15 yaşlı oğlan ticarət mərkəzində dəhşət YAŞATDI - VİDEO
20 May 2025 Sumqayıtda zavoda partlayış - Yaralılar var
20 May 2025 Azərbaycanda daha çox bu universitetlərin məzunları iş tapır - ARAŞDIRMA
20 May 2025 Göygöldə kütləvi dava: iki qardaş ağır yaralandı
20 May 2025 Fransanın Bakıda casus oyunları: Martin Ryan onlarla azərbaycanlını Fransa kəşfiyyatına təhvil verib - SENSASİON İFADƏ
20 May 2025 Keçmiş nazirin Azərbaycandan çıxışına "stop" qoyuldu - Borc qalmaqalı
19 May 2025 Şəhid anası qohumları tərəfindən döyüldü
19 May 2025 Xarab avtobuslar, məsuliyyətsiz sahibkarlar... Vətəndaş 50 qəpiklik yola 50 manatlıq əsəb xərcləyir - Video
18 May 2025 “Torqovı”ya maşınların girməsinə kim icazə verib? – VİDEO
17 May 2025 Azərbaycan “Vasmoy” bazarında Afrikanın banan ölkələrinə meydan oxuyur – REPORTAJ, FOTOLAR
17 May 2025 Ucuz tur təklifləri: 10 günə 9 ölkə gəzmək sərfəlidirmi?
17 May 2025 İsraildə İran “agenti” olan yeniyetmə SAXLANILDI
17 May 2025 Gənə altı yaşlı qızın gözünü dişləyib
16 May 2025 Qızıl bazarında saxta məhsullar satılır - İDDİA/VİDEO
16 May 2025 Şəmkirdə ət dükanları bağlandı - artıq pul tələb ediblər
16 May 2025 Dəhşətli hadisə - Bakıda uşaq oğurluğuna cəhd edildi
16 May 2025 "Georgi lenti"ni həmin tədbirə gətirənlər bəlli oldu - FOTO
15 May 2025 Ağsaqqal Rusiya kanallarına çox baxırmış, ona görə "qaza gələrək" belə addım atıb -
15 May 2025 Dəniz geri çəkilir – Xəzər ekoloji fəlakətlə üz-üzədir?
15 May 2025 Daha bir məktəbdə “Son zəng” üçün pul yığılması iddiası

Dünyapress TV

Xəbər lenti