Respublika Perinatal Mərkəzinin açılması Dilarə Şirinovaya SƏRF ETMİR? – ŞİKAYƏT/İDDİA
Respublika Perinatal Mərkəzinin işçiləri tərəfindən redaksiyamıza şikayət daxil olub.

Yenicag.az-a danışan işçilər bildiriblər ki, 08.01.2024-cü il tarixində mərkəzdə baş vermiş yanğın səbəbindən RPM təmir adı ilə bağlanıb.

Onların sözlərinə görə, iki ay sonra yalnız binanın fasadı və təxminən 35 kv.m-lik sahə təmir olunmuşdur. Bu müddət ərzində isə tibb işçiləri müxtəlif xəstəxanalara ezam olunmuş, lakin heç bir müəssisə RPM səviyyəsində xidmət göstərə bilməmişdir.

Şikayətçilər söyləyiblər ki, Perinatal Mərkəz artıq 1 il 3 aydır ki, fəaliyyət göstərmir:

“İşçilər ezam adı ilə ucqar xəstəxanalara göndərilib, I və II səviyyəli xəstəxanalar isə vaxtından əvvəl doğuşlar və yüksək riskli hamiləlikləri qəbul etmir. Nəticədə yüksək potensiala malik tibb mütəxəssisləri işsiz qalmış, ana və uşaq ölümü halları isə kəskin şəkildə artmışdır. 15 il ərzində ağır xəstələrlə işləyərək püxtələşmiş, hər biri “qızıl qiymətində” olan ginekoloq və reanimatoloq-neonatoloq kimi ixtisaslı mütəxəssislər hazırda işsiz qalmış və ya öz potensiallarının cəmi 10 faizini belə reallaşdıra bilmirlər”.

İşçilərin iddiasına görə, ən acınacaqlısı isə odur ki, TƏBİB-in kütləvi informasiya vasitələrində “əsaslı təmir olunaraq ilin sonunda istifadəyə veriləcək” deyə açıqladığı Perinatal Mərkəzdə hazırda heç bir təmir işi aparılmır:

“Bu da işçilər arasında ciddi narahatlığa səbəb olmuşdur. Eyni zamanda, şəhərdə mərkəzin yerləşdiyi binanın otel kimi satılması, təmir üçün ayrılmış vəsaitin isə başqa məqsədlərlə istifadə olunması ilə bağlı şayiələr yayılmışdır. Ucqar rayonlardan gələn ağır patologiyalı xəstələr və Bakının qadın məsləhətxanalarının göndərişi ilə müraciət edən yüksək riskli hamilələr hal-hazırda müraciət edə biləcəkləri heç bir müəssisə tapmırlar. Onların üz tutacağı ikinci bir perinatal mərkəz isə yoxdur. Bu səbəbdən, vaxtından əvvəl doğulan uşaqlar arasında ölüm halları getdikcə artır. Bu vəziyyət həm xəstələrdə, həm də səhiyyə işçilərində ciddi narazılıq yaradıb”.

Şikayətçilər tələb edirlər ki, səsləri aidiyyəti qurumlara çatsın və Perinatal Mərkəzin fəaliyyətinin tezliklə bərpa olunsun, əvvəlki kimi ana və uşaq sağlamlığının keşiyində durmasına köməklik göstərilsin.

Qeyd edək ki, hazırda RPM-in direktor vəzifəsini müvəqqəti olaraq baş həkim Dilarə Şirinova icra edir. Kollektivin iddiasına görə, o, uşaq reanimasiya şöbəsinin müdiri Məryəm Rzayeva ilə birlikdə bütün həkimlərə təzyiq göstərərək, yuxarıda qeyd edilən problemlərlə bağlı müvafiq instansiyalara müraciətlərin qarşısını almış, hətta bəzi hallarda əməkdaşları hədələmişlər. Dilarə Şirinovanın isə bu məsələyə etinasız yanaşdığı və RPM-in fəaliyyətinin bərpa olunmasının bəzi şəxslərə sərf etmədiyi bildirilir.
 

Bölmənin digər xəbərləri

25 Aprel 2025 Bələdiyyə sədrinin yalanı BELƏ İFŞA EDİLDİ - GÖRÜNTÜLƏR
25 Aprel 2025 Göyçayda zülmət qaranlıq şəhəri basan zibilliyi gizlətsədə şəhəri bürümüş kanalizasiya iyini gizlədə bilmir...- FOTO
25 Aprel 2025 Pulun varsa Nizami rayonunda nə istəsən edə bilərsənn - Tik ha tikdir VİDEO
25 Aprel 2025 Gülarə Verdiyevanın GİZLİ PLANI... - İLGİNC İDDİALAR
25 Aprel 2025 Mətin Eynullayevin aktivində DAHA BİR NÜANS... - ÇAY YATAĞI SATIŞA ÇIXARILDI
25 Aprel 2025 Daşınmaz Əmlakın Dövlət Reyestri və Kadastrı publik hüquqi şəxsinin 8 saylı Ərazi İdarəsindən ŞİKAYƏT VAR
24 Aprel 2025 “Delta Qrup C.O” rəhbəri Məhəmməd Cahangirzadə ölkədən nə qədər valyuta çıxarıb?
24 Aprel 2025 Cəlilabad sakini “forma 88” üçün həkimin ondan 1500 manat rüşvət istədiyini iddia edir, QARŞI TƏRƏF İSƏ... - ŞİKAYƏT
24 Aprel 2025 Tovuz Dövlət Sosial-İqtisadi Kollecinin direktoru gülünc vəziyyətinə düşüb - Ödənilməyən 7 aylıq əmək haqqının "səbəbi"
24 Aprel 2025 Xırdalanda xaçmazlı Zaur “at oynadır”: “Pulumu verib işimi görürəm”
24 Aprel 2025 Gədəbəyin icra başçısı özünü “siyasi rəhbər” elan edib - FOTO
24 Aprel 2025 Gülsüm Əliyeva həkim deyilmiş: Qanunsuz əməliyyat etdiyi "VMR" klinikası isə... - RƏSMİ AÇIQLAMA
24 Aprel 2025 Daşkəsən İcra Hakimiyyəti 250 min manatı neyləyib?
24 Aprel 2025 Əmrullayevin SON ƏMRİNİN ilginc pərdəarxası: Abşeronda TƏDARÜK VAR... - İLGİNC İDDİALAR
24 Aprel 2025 AAYDA yol tikintisinə görə evini sökdüyü vətəndaşlara dövlət büdcəsindən ayrılmış pulu niyə vermir?
24 Aprel 2025 Şölə "doktor" “Aristokrat”da estetik prosedurları icra edir?
23 Aprel 2025 Adil Əliyevin qanunların əleyhinə fərqli siyasi prinsipi ...
23 Aprel 2025 Dövlət büdcəsini asfaltda əzdilər, qalanını divara suvayırlar... - VİDEO
23 Aprel 2025 Qazax səhiyyəsində SAXTA DİPLOM QALMAQALI... - BU NƏDİ BELƏ?..
23 Aprel 2025 Estetik prosedurun daha bir qurbanı... - Ayağındakı deşikdən 10 aydır irin axır - FOTO

Dünyapress TV

Xəbər lenti