Minatəmizləmə Agentliyi satınalmalarda nə kimi qanun pozuntularına yol verir –
İşğaldan azad edilmiş ərazilərdə ermənilər tərəfindən yerləşdirilən minaların həmin ərazilərdə həyata keçirilən bərpa və quruculuq işlərinə ciddi maneə törətdiyi bu gün hər kəsə məlumdur. Qurum 170 min hektardan çox çirklənmiş ərazini təmizləyərək ekoloji bərpa, biomüxtəlifliyin yenilənməsi və davamlı kənd təsərrüfatı üçün yol açıb. Hazırda Prezident İlham Əliyevin 16 noyabr 2022-ci il tarixli Sərəncamı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının işğaldan azad edilmiş ərazilərinə Böyük Qayıdışa dair I Dövlət Proqramı” icra olunmaqdadır. Böyük Qayıdış planının daha sürətli icra olunması üçün ANAMA-nın fəaliyyəti danılmazdır. Bu gün işğaldan azad edilmiş ərazilərin bərpası, minalardan təmizlənməsi istiqamətində həyata keçirilən işlərə dövlət qurumları ilə yanaşı, ictimai təşkilatlar, şirkətlər tərəfindən də dəstək göstərilir.

Amma Minatəmizləmə Agentliyində dövlət satınalmalarının təşkili qanunun tələbləri ilə keçirilmir. Biz apardığımız kiçik bir araşdırma zamanı bunun şahidi olduq.

Azərbaycan Respublikasının Minatəmizləmə Agentliyi sürtkü yağlarının satın alınması üzrə 09.07.2024-cü ildə başladığı açıq tenderə yekun vurub və “AZ BATTERY” Məhdud Məsuliyyətli Cəmiyyətini qalib seçib. Minatəmizləmə Agentliyi sözügedən MMC ilə 140.111,31 manat məbləğində satınalma müqaviləsinin bağlanılması barədə məlumatı 07.09.2024-cü ildə dövlət satınalmalarının vahid internet portalına yerləşdirib.

Qeyd edək ki, Minatəmizləmə Agentliyi tərəfindən nəzərdə tutulmuş sürtkü yağlarının satın alınması üzrə keçirilmiş açıq tenderdə ehtimal olunan qiyməti 286.079,74 manat müəyyən edilib. Görsəndiyi kimi satınalan təşkilat olaraq Minatəmizləmə Agentliyi müəyyən etdiyi ehtimal qiyməti ilə təchizatçı olaraq “AZ BATTERY” MMC-nin təklif edərək qalib seçildiyi qiymət arasında kəskin fərq var.

Qeyd edək ki, “Dövlət Satınalmaları haqqında” Azərbaycan Respublikasının Qanununda təchizatçıların satınalmadan kənarlaşdırılması müəyyən edilib. Sözügedən Qanunun 35.1.8. maddəsinə görə təchizatçının təqdim etdiyi təklifin qiyməti ehtimal olunan qiymətlə müqayisədə 20 faizdən aşağı olarsa, satınalma komissiyasının sorğusu əsasında təchizatçının təqdim etdiyi izahat və məlumatlar təhlil edildikdən sonra satınalma müqaviləsinin icrasına əsaslı şübhələr qaldıqda təchizatçı müsabiqədən kənarlaşdırılmaldır.

Amma göründüyü kimi Minatəmizləmə Agentliyi açıq tender müsabiqəsində ehtimal olunan qiymətlə müqayisədə 20 faizdən dəfələrlə aşağı qiymət təqdim etmiş “AZ BATTERY” MMC ilə satınalma müqaviləsi bağlamışdır ki, bu da “Dövlət Satınalmaları haqqında” Qanunun tələblərinin ciddi şəkildə pozulması deməkdir.

Açıq internet axtarış sistemləri üzərindən apardığımız araşdırmada məlum oldu ki, “AZ BATTERY” MMC (VÖEN 2906070851) Dövlət Vergi Xidmətinin 2 saylı Ərazi Vergilər Baş İdarəsində 26.11.2020-ci ildə dövlət qeydiyyatına alınıb. Nizamnamə kapitalı 20 manat olan şirkətin hüquqi ünvanı SUMQAYIT ŞƏHƏRİ, CORAT ŞTQ, MƏH 1, ev 3-də yerləşir. MMC-nin qanuni təmsilçisi Zeynalov İlkin Əvəz oğludur.

Amma Minatəmizləmə Agentliyindən fərqli olaraq Füzuli rayon Mərkəzi Xəstəxanası tərəfindən sürtkü materiallarının satınalınması ilə əlaqədar 05.06.2024-cü il tarixində keçirilmiş kotirovka sorğusunda təchizatçı “AZ BATTERY”” MMC “Dövlət Satınalmaları haqqında” Azərbaycan Respublikasının Qanununun 35.1.5. təchizatçının təqdim etdiyi təklif formal tələblərə uyğun gəlmədikdə və 35.1.8. təchizatçının təqdim etdiyi təklifin qiyməti ehtimal olunan qiymətlə müqayisədə 20 faizdən aşağı olarsa, satınalma komissiyasının sorğusu əsasında təchizatçının təqdim etdiyi izahat və məlumatlar təhlil edildikdən sonra satınalma müqaviləsinin icrasına əsaslı şübhələr qaldıqda maddələrinə əsasən müsabiqədən kənarlaşdırmışdır.

Bundan əlavə Minatəmizləmə Agentliyi tərəfindən 31.07.2024-cü ildə başlanılmış, Bakı şəhəri, Binəqədi şossesi 53 ünvanında Azərbaycan Respublikasının Minatəmizləmə Agentliyi üçün texniki bazanın tikintisi işlərinin satın alınması üzrə tenderdə də analoji qanun pozuntusuna yol verib. Belə ki, müsabiqədə “ŞƏMKİR TİKİNTİ-18” Açıq Səhmdar Cəmiyyəti Minatəmizləmə Agentliyinin müəyyən etdiyi ehtimal olunan qiymətdən, 1.697.024,99 manatdan aşağı təklif verərərək qalib olub. Müqavilənin qiyməti 1.147.146,03 olub və məlumat 02.10.2024-cü ildə dərc edilib.

Bunlardandan əlavə Minatəmizləmə Agentliyi analoji qanun pozuntusuna xüsusi təyinatlı texnikaların satın alınması üzrə “RAMMA” Qapalı Səhmdar Cəmiyyəti ilə bağladığı satınalma müqaviləsində də yol verib. Bu tenderdə Agentlik tərəfindən müəyyən etdiyi ehtimal olunan qiymət 3.156.150,00 manat olub. Amma “RAMMA” QSC tenderi 2.375.000 manat təkliflə udub.

Dövlət satınalmalarının vahid internet portalına yerləşdirilmiş bu məlumatlardan da görsəndiyi kimi Minatəmizləmə Agentliyi publik hüquqi şəxsin Satınalma Komissiyası açıq tenderlərin keçirilməsi zamanı “Dövlət Satınalmaları Haqqında” Azərbaycan Respublikası Qanununun bir çox tələblərinə riayət etməmiş, ehtimal olunan qiymətlərdən dəfələrlə aşağı təklif verən bəzi şirkətlərlə satınalma müavilələri bağlamışdır ki, bu da keçirilmiş tender prosedurunda saxtakarlıq hallarına yol yerildiyinə əsaslı şübhələr yaradır. Bunlardan əlavə alınan malların, görülən işlərin keyfiyyətinin aşağı olması ehtimalını da artırır.

Bütün bu göstərilənlərə aydınlıq gətirilməsi məqsədi ilə Minatəmizləmə Agentliyinin Satınalma Komissiyasına ünvanladığımız sorğu məktubu cavabsız qaldı.

Qeyd edək ki, Azərbaycan Respublikası Minatəmizləmə Agentliyi İdarə Heyyətinin sədri Vüqar Süleymanovdu. O, bu vəzifəyə Prezident İlham Əliyev Sərəncamı ilə 4 fevral 2021-ci ildə təyin edilib. O, 2002-2005-ci illərdə Azərbaycan Respublikası Ərazilərinin Minalardan Təmizlənməsi üzrə Milli Agentlikdə (ANAMA) Partlamamış hərbi sursat əməliyyatları üzrə mütəxəssis, 2018-2020-ci illərdə Ekologiya və Təbii Sərvətlər Nazirliyində baş məsləhətçi, şöbə müdiri, 21.04.2020-ci il tarixdən bu günədək Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Aparat rəhbəri vəzifəsində işləyib.

Aktualinfo.org
 

Bölmənin digər xəbərləri

21 Aprel 2025  Zaur Mikayılov 30 milyon manatın hesabatını niyə vermir? - HƏQİQƏTƏN DƏ...
21 Aprel 2025 500 min dollardan çox borcu olduğu deyilən sabiq baş konsul - Ona kimlər dəstək olub?
21 Aprel 2025 Sabunçu icra şöbəsində NƏ BAŞ VERİR? - NARAZILIQ VAR...
21 Aprel 2025  “Uğur 777” klinikasının UĞURSUZLUQLAR SERİYASI - İTTİHAM VAR...
21 Aprel 2025 Adil Əliyev XARÜQƏLƏR YARADIR... - BU NƏDİ BELƏ? FOTO
20 Aprel 2025 "Aypara estetik center"də pasiyentlərə dolğu və plazma terapiya necə icra olunur?
20 Aprel 2025 İcra məmuru qanunları saya salmırsa… - Nazirə MÜRACİƏT
19 Aprel 2025 Qalmaqallı direktorun səs yazısı yayıldı - Məhkəməyə verildi - VİDEO
19 Aprel 2025 Yenə həmin dalğa, həmin koordinat - Gülnaz Kərimova-İlhamə Abdullayeva cütlüyü İŞ BAŞINDA...
19 Aprel 2025 Rafiq Quliyev yenə qanunsuz tikintiyi icazə verib?-Video-Foto
19 Aprel 2025 Sabunçu rayonunda qanunsuz tikintiyə kim icazə verib? -Video-Foto
19 Aprel 2025 AAYDA-nın “əziz-xələf”i Dilqəm Qəniyev: Böyük pullar, bahalı avtomobillər, xaricdə biznes…- FOTOLAR- SİYAHI
18 Aprel 2025 Bakıda konsert təşkilatçılarının gizlin əməlləri-Qalmaqal
18 Aprel 2025 Göygöl rayonunda Azər Hacıyevin aqrar sektorda hökmü və özbaşınalıqları... - İLGİNC FAKTLAR
18 Aprel 2025 Fəxri Kazımov 11.7 milyon manatı......
18 Aprel 2025 Seyidzadənin gizli əməlləri ÜZƏ ÇIXDI - TƏFƏRRÜAT
18 Aprel 2025 Naxçıvan icra Hakimiyyətinin başçısının müavini Bakıda 3 mərtəbəli ticarət mərkəzi tikdirib
18 Aprel 2025 Nərimanov rayonunda bu tikintiyə kim icazə verdi?-Video
18 Aprel 2025 Vətəndaş başçının qəbuluna ZORLA SOXULUR: Başqa yolu yoxdur... - DƏLİXANADIR, VALLAH...
17 Aprel 2025 “Uğur 777” klinikası: Adı UĞURDUR, əməliyyatları UĞURSUZ... - Səhiyyə Nazirliyinin gözündən iraq...

Dünyapress TV

Xəbər lenti