“İnnovasiya və Təchizat Mərkəzi”ndə əməlli-başlı özbaşınalıqdı – Cənab Qurbanov nə fikirləşir…
Hesablama Palatası hələ 2022-ci ildə “İnnovasiya və Təchizat Mərkəzi” Publik Hüquqi Şəxsdə apardığı kənar dövlət maliyyə nəzarəti tədbiri zamanı Publik Hüquqi Şəxsin fəaliyyətinə dair nöqsanlar aşkarlamışdı. Həmin dövrdə qurumun yaydığı məlumatda bildirilirdi ki, Auditlə Mərkəz tərəfindən 2018-2021-ci illərdə alınmış 100 halda 3 milyon 342,5 min manat məbləğdə tibbi avadanlıq, inventar və ehtiyatlar, eləcə də, 2018-ci ildə 2 halda humanitar qaydada verilmiş 622,9 min manat məbləğdə hemodializ avadanlıqları, eləcə də cəmi 215 min manat məbləğdə tibbi ləvazimat və dərman vasitələrinin istifadə müddəti bitənədək anbarda istifadəsiz saxlanıldığı müəyyən edilib. Eləcə də, hüquqi aktların tələbləri pozularaq 1,2 milyon manat məbləğində dərman vasitəsinin istifadə təlimatları Azərbaycan dilinə tərcümə olunmayıb.
“Mərkəz tərəfindən qiymət intizamına nəzarət edilməyib, bir sıra hallarda obyektiv iqtisadi səbəblər olmadan bəzi malların alınması zamanı daha baha qiymətlər tətbiq olunub, eləcə də auditin əhatə etdiyi illərdə eyni mal üzrə fərqli qiymətlərlə alışlar həyata keçirilib, eyni dərman vasitələri bəzi müqavilələrdə və podratçılardan bir il daxilində fərqli qiymətlərlə alınıb. Tibbi avadanlıqların satınalınması zamanı ehtimal olunan qiymətin yüksək müəyyənləşdirilməsi halları, eləcədə audit sübutlarının toplanmasında yaranan məhdudiyyətlər və cinayət tərkibinin əlamətlərinin olma ehtimalı nəzərə alınaraq auditin nəticələri barədə müvafiq materiallar Baş Prokurorluğa göndərilib”, – məlumatda deyilir.
Üstündən iki il keçməsinə baxmayaraq “İnnovasiya və Təchizat Mərkəzi”ndə eyni qanun pozuntuları davam edir, eyni hallar yaşanır.
Dövlət satınalmalarının vahid internet portalı üzərindən apardığımız araşdırmada “İnnovasiya və Təchizat Mərkəzi” tərəfindən “Ümumprofilli müalicə müəssisələrində istifadə üçün nəzərdə tutulmuş dərman vasitələri”nin satın alınması üzrə “Referans Pharmaceuticals” Məhdud Məsuliyyətli Cəmiyyəti ilə 11.169.120,08 manat məbləğində satınalma müqaviləsi bağlayıb. Məlumat dövlət satınalmalarının vahid internet portalında 25.10.2024-cü il tarixdə dərc edilib.

Qeyd edək ki, “İnnovasiya və Təchizat Mərkəzi” tərəfindən nəzərdə tutulmuş dərman vasitələrinin satın alınması üzrə keçirilmiş açıq tenderdə ehtimal olunan qiyməti 31.669.508,65 manat müəyyən edilib.

Dövlət satınalmalarının vahid internet portalına yerləşdirilmiş bu məlumatdan görsəndiyi kimi satınalan təşkilatın müəyyən etdiyi ehtimal qiyməti ilə təchizatçının təklif etdiyi qiymətlər arasında kəskin fərq var.

Qeyd edək ki, “Dövlət Satınalmaları haqqında” Azərbaycan Respublikasının Qanununda təchizatçıların satınalmadan kənarlaşdırılması müəyyən edilib. Sözügedən Qanunun 35.1.8. maddəsinə görə təchizatçının təqdim etdiyi təklifin qiyməti ehtimal olunan qiymətlə müqayisədə 20 faizdən aşağı olarsa, satınalma komissiyasının sorğusu əsasında təchizatçının təqdim etdiyi izahat və məlumatlar təhlil edildikdən sonra satınalma müqaviləsinin icrasına əsaslı şübhələr qaldıqda təchizatçı müsabiqədən kənarlaşdırılmaldır.

Amma göründüyü kimi “İnnovasiya və Təchizat Mərkəzi” açıq tender müsabiqəsində ehtimal olunan qiymətlə müqayisədə 20 faizdən dəfələrlə aşağı qiymət təqdim etmiş “Referans Pharmaceuticals” MMC ilə satınalma müqaviləsi bağlamışdır ki, bu da “Dövlət Satınalmaları haqqında” Qanunun tələblərinin pozulması deməkdir.

Qeyd edək ki, Dövlət Vergi Xidmətinin hüquqi şəxslərin dövlət reyestrinə daxil edilmiş məlumatlarında “REFERANS PHARMACEUTICALS” (VÖEN: 1502717001) Məhdud Məsuliyyətli Cəmiyyətinin 21.10.2014-ci il tarixdə Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsində dövlət qeydiyyatına alındığı göstərilir. Reyestr məlumatlarında nizamnamə kapitalı 100 manat olan MMC-nin hüquqi ünvanının BAKI ŞƏHƏRİ NƏSİMİ RAYONU, AK.MİRƏLİ QAŞQAY, ev 76, qanuni təmsilçisi kimi isə Əliyev Abbas Famil oğlu qeyd olunub.

Apardığımız ətraflı araşdırmada məlum oldu ki, MMC 21.10.2014-cü il tarixdə Heydərov İqbal Qəhrəman oğlu tərəfindən təsis edilib. Bəs Heydərov İqbal Qəhrəman oğlu kimdir?

Elektron media tərəfindən 13 yanvar 2016-ci il tarıxində Baş Prokurorluğun yaydığı məlumatda deyilir ki, “Novo Vita P” Məhdud Məsuliyyətli Cəmiyyəti tərəfindən dərman vasitələrinin qiymətinin süni surətdə artırılması barədə Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsinə daxil olmuş vətəndaş müraciəti əsasında istintaq-əməliyyat tədbirləri həyata keçirilib.
Keçirilmiş istintaq-əməliyyat tədbirləri ilə Bakı şəhəri, Nəsimi rayonu, Mirəli Qaşqay küçəsi, 150A saylı ünvanda yerləşən “Novo Vita P” MMC tərəfindən ölkəmizə idxal olunan dərman vasitələrinin qiymətinin süni surətdə dəfələrlə artırılması, gömrük bəyannaməsi olmayan dərman vəsitələrinin anbarda saxlanması və qanunsuz satılması müəyyən edilib.
Bundan başqa, cəmiyyətin idxal və satışı ilə məşğul olduğu çoxsaylı dərman vasitələrinin ayrı-ayrı həkimlər tərəfindən xəstələrə yazılması müqabilində sonunculara verilən pul məbləğləri (faizlər) yazılmış jurnallar, reseptlər, qara mühasibatlığın aparılmasına dair kitablar və istintaq üçün əhəmiyyət kəsb edən digər qeydlər aşkar edilərək götürülüb.
“Novo Vita P” MMC-nin icraçı direktoru İqbal Heydərov vəzifə səlahiyyətlərindən sui-istifadə etməklə, özü və ya üçüncü şəxslər üçün qanunsuz üstünlük əldə etmək məqsədilə dərman vasitələrinin qiymətini süni şəkildə dəfələrlə qaldıraraq vətəndaşların hüquqlarına və qanuni mənafelərinə mühüm zərər vurmasına şübhələr üçün əsaslar olduğundan Cinayət Məcəlləsinin 308.1-ci (vəzifə səlahiyyətlərindən sui-istifadə) maddəsi ilə cinayət işi başlanıb, İ.Heydərov şübhəli şəxs qismində saxlanılıb.

Düzdür “Referans Pharmaceuticals” MMC-nin qanuni təmsilçisi Əliyev Abbas Famil oğlu olsa da kim zəmanət verə bilər ki, İqbal Heydərov təsisçilik hüququnu özündə saxlamır və qanunsuz əməllərini indi də satınalmalarda davam etdirmir?

Qeyd edək ki, məqalədə göstərilənlərə aydınlıq gətirilməsi məqsədi ilə “İnnovasiya və Təchizat Mərkəzi”nin Satınalma Komissiyasına ünvanladığımız sorğu cavabsız qaldı. İnternet axtarış sistmləri üzərində “İnnovasiya və Təchizat Mərkəzi”nə kimin rəhbərlik etdiyini öyrənməyə çalışdıq. Bu səylərimiz də boşa çıxdı. Görsənən odur ki, Mərkəzdə əməlli-başlı özbaşınalıqdı. Bəs görəsən Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyinin icraçı direktoru Vüqar Qurbanov bu haqda nə fikirləşir…

Aktualinfo.org
 

Bölmənin digər xəbərləri

21 Aprel 2025  Zaur Mikayılov 30 milyon manatın hesabatını niyə vermir? - HƏQİQƏTƏN DƏ...
21 Aprel 2025 500 min dollardan çox borcu olduğu deyilən sabiq baş konsul - Ona kimlər dəstək olub?
21 Aprel 2025 Sabunçu icra şöbəsində NƏ BAŞ VERİR? - NARAZILIQ VAR...
21 Aprel 2025  “Uğur 777” klinikasının UĞURSUZLUQLAR SERİYASI - İTTİHAM VAR...
21 Aprel 2025 Adil Əliyev XARÜQƏLƏR YARADIR... - BU NƏDİ BELƏ? FOTO
20 Aprel 2025 "Aypara estetik center"də pasiyentlərə dolğu və plazma terapiya necə icra olunur?
20 Aprel 2025 İcra məmuru qanunları saya salmırsa… - Nazirə MÜRACİƏT
19 Aprel 2025 Qalmaqallı direktorun səs yazısı yayıldı - Məhkəməyə verildi - VİDEO
19 Aprel 2025 Yenə həmin dalğa, həmin koordinat - Gülnaz Kərimova-İlhamə Abdullayeva cütlüyü İŞ BAŞINDA...
19 Aprel 2025 Rafiq Quliyev yenə qanunsuz tikintiyi icazə verib?-Video-Foto
19 Aprel 2025 Sabunçu rayonunda qanunsuz tikintiyə kim icazə verib? -Video-Foto
19 Aprel 2025 AAYDA-nın “əziz-xələf”i Dilqəm Qəniyev: Böyük pullar, bahalı avtomobillər, xaricdə biznes…- FOTOLAR- SİYAHI
18 Aprel 2025 Bakıda konsert təşkilatçılarının gizlin əməlləri-Qalmaqal
18 Aprel 2025 Göygöl rayonunda Azər Hacıyevin aqrar sektorda hökmü və özbaşınalıqları... - İLGİNC FAKTLAR
18 Aprel 2025 Fəxri Kazımov 11.7 milyon manatı......
18 Aprel 2025 Seyidzadənin gizli əməlləri ÜZƏ ÇIXDI - TƏFƏRRÜAT
18 Aprel 2025 Naxçıvan icra Hakimiyyətinin başçısının müavini Bakıda 3 mərtəbəli ticarət mərkəzi tikdirib
18 Aprel 2025 Nərimanov rayonunda bu tikintiyə kim icazə verdi?-Video
18 Aprel 2025 Vətəndaş başçının qəbuluna ZORLA SOXULUR: Başqa yolu yoxdur... - DƏLİXANADIR, VALLAH...
17 Aprel 2025 “Uğur 777” klinikası: Adı UĞURDUR, əməliyyatları UĞURSUZ... - Səhiyyə Nazirliyinin gözündən iraq...

Dünyapress TV

Xəbər lenti