“İstəmirəm sizin fiber-optik 110 manatlıq xidməti” –
İstefada olan hərbi qulluqçu Elşən Məmməd oğlu Quliyev son dövrlər az qala hamının narazılıq etdiyi, şikayətçi olduğu rabitə xidmətinin özbaşına fəaliyyəti ilə üzləşib. Onun Aktualinfo.org-un elektron poçtuna ünvanladığı şikayəti olduğu kimi diqqətinizə çatdırırıq.

Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyində əndrabadi qərarları kim verir. Deməli dünən, 18 noyabr 2024-cü il tarixdə xəbərsiz olduğum və məlumatı dəqiqləşdirəndə şok olduğum bir xəbəri bölüşmək qərarına gəldim. Səhər saatlarında Nəsimi rayonu 20 yanvar küçəsində yerləşən mənzilimdə təxminən 15 il əvvəl quraşdırılmış şəhər telefonu ilə bir dövlət idarəsinə zəng etmək istəyirdim. Telefonu açanda xəttdə telefonun işləməsini bildirən spesifik səsi eşitmədim. Yadıma saldım ki, tələb olunan 3 manat 85 qəpiyi ödəmişəm,özümə də təəccüblü gəldi ki, görəsən telefon niyə işləməsin. Əlqərəz, məsələnin axırına çıxmaq üçün 155 çağrı mərkəzi ilə əlaqə saxlayıb məsələnin kökündə nə durduğunu aydınlaşdırmağı cavab verən xanımdan xahiş etdim. Üstəlik də öyrəndim ki, 24 saat ərzində mənimlə əlaqə yaradılmayacağı təqdirdə çağrı mərkəzinə təkrar dönüş edə bilərəm. Təxminən 3 saat keçəndən sonra Şərifzadə ATS-i kimi tanıdığımız Rabitə Qovşağının 0124314299 nömrəsindən mənə zəng edildi. Xəttin o başından səsi gələn xanım müraciətimlə əlaqədar zəng vurduğunu bildirdi. Xanım bildirdi ki, bəs sizin nömrəniz onu görə işləmir ki, yeni fiber-optik xətlə əvəzlənməsi gedir. Gərək bu məsələ ilə bağlı yaxınlaşasınız ATS-ə və müqavilə bağlayasınız. Üstəlik də 110 manat ödəniş edəsiniz ki, sizin telefonunuz işləsin. Dedim necə?! Dedi bax elə dediyim kimi, 110 manata sizə “modem” verəcəklər. Onu evdə quraşdırdıqdan sonra nömrəniz işləyəcək. Dedim ay xanım yəni buna məcbur edilirlər də bizi,belə başa düşdüm? Susdu və haçandan haçansa dedi ki, biz bu işlərə baxmırıq. Nə isə,xanımının məlumatsız olduğu gümanı ilə eşitdiklərimi dəqiqləşdirmək üçün yenidən 155 çağrı mərkəzinə zəng etdim. Cavab verən xanıma bu ana qədər baş verənləri bildirib, məsələnin nə yerdə olduğuna aydınlıq gətirilməsini istədim. Məlumat bürosunun xanımı,çox təəssüflə ATS-dən verilən məlumatın doğruluğunu təsdiq elədi. Dedi gərək 110 manat ödəyəsiz,yoxsa nömrəniz işləməyəcək. Dedim ay xanım, bu bina 15 ildir tikilib istismara verilib. Hazır olandan sonra isə rəsmi qaydada vətəndaşlardan binanın kabelləşməsi,çəkiliş,nömrə xərcləri alınıb. Necə ola bilər ki, yenidən mənzildə mövcud olan telefonun işləməsi üçün 110 manat xərc tələb olunsun?! Dedi bəli,bir daha təəssüf ki, bu belədir. İndi üzümü tuturam əlaqədar nazirlik və onun aidiyyəti qurumlarının rəsmilərinə və onlardan soruşuram, bu nə özbaşınalıqdır? Mən Noyabr ayının 8-də aylıq abunə haqqı ödəmişəm. Kim verib bu tapşırığı ki, telefonum kəsilsin və bərpası üçün 110 manat ödəyim,bu nə deməkdir məmurlar? Hansı haqqla mənim telefondan istifadə hüququm heç bir bildirişsiz,xəbərdarlıqsız özfəaliyyət nəticəsində dayandırılır. İstəmirəm sizin fiber-optik 110 manatlıq ‘xidməti”!!! İllərlə mənzildə istifadə edilən telefon xəttini bəyəm vətəndaşların hesabına dəyişirsiniz? Şəxsən mən bunu sizdən xahiş etməmişdim. Bəlkə məndən bu barədə soruşan olmuşdu,yoxsa bu barədə məlumat verilmişdi? Siz nə üçün vətəndaşı məcbur edirsiniz ki, o, 110 manat ödəniş etsin,bu harada yazılıb? Və nəhayət,bir təqaüdçü olaraq elə mənim timsalımda ayın axırında təqaüd gözləyən minlərlə təqaüdçüləri bu “formada” günün günorta vaxtı məcburi şəkildə 110 manat ödənişə məcbur eləmək sizcə “fiber-optik” soyğunçuluq deyilmi?
 

Bölmənin digər xəbərləri

21 Noyabr 2024 Şəmkir sakini sosial yardımından 90 manat tutulmasına etiraz edir – ŞİKAYƏT
21 Noyabr 2024 DÖVLƏT SUBSİDİYA VERİR, SAHİBKAR BADAM BAĞINI LƏĞV EDİR - Böyük şəbəkələr necə "pambıqla baş kəsir"? (Araşdırma)
20 Noyabr 2024 Binəqədi İcra Hakimiyyəti Xocasəndə qanunsuz tikilinin qarşısını ala bilmir – Bəs Arxitektura Komitəsi hara baxır?
20 Noyabr 2024 ADNSU rektorundan şikayət etməyin xeyri yoxdur... - Çünki şikayətlərə də özü cavab verir...
20 Noyabr 2024 Marketin adını “Zəfər” qoyub, su soyuducularına səkidə “düzülüş” verən sahibkar - FOTO
20 Noyabr 2024 COP29 günlərində Bakıda “yaşıl soyqırım” - Nərimanov sakinləri icra hakimiyyətini və tikinti şirkətini ittiham edirlər
19 Noyabr 2024 Göyçayda Şəhadət kənd sakininin pay torpağına göz dikən vəzifəli şəxslər kimlərdir – MÜRACİƏT
19 Noyabr 2024 Goranboy rayon MKTİB rəisinin “qara-qura” əməllərinin pərdəarxası gizlinləri
19 Noyabr 2024 Azərbaycan səhiyyəsinin “ölüm korpusu”, “təhlükəli üçlük” və qazinin ölümlə çarpışan həyat yoldaşı
19 Noyabr 2024 Xırdalanın “pulgir yolları” – Abdin Fərzəliyev hər il şübhəli şirkətlərə yol təmir etdirir
19 Noyabr 2024 Göygöldə moruq festifalı təşkil edən “TASK HUB” MMC-nin Zəfər Qurbanovla nə kimi əlaqəsi var
19 Noyabr 2024 Təhsil İşçiləri Azad Həmkarlar İttifaqı Respublikası Komitəsində özbaşınalıq - İTTİHAMLAR SƏNGİMİR...
18 Noyabr 2024 ADAU-da `EGE YEYİNTİSİ`... - İTTİHAM VAR...
18 Noyabr 2024 Kollecdə qalmaqal : Müəllimlər məhkəməyə,həmkarların sədri polisə müraciət etdi
18 Noyabr 2024 DYP əməkdaşı barədə vətəndaş PREZİDENT və Daxili İşlər Nazirinə AÇIQ MÜRACİƏT ETDİ FOTOLAR
18 Noyabr 2024 Ölkə COP29 şölənində... “Az-Lead” MMC ekoloji böhran yaradır... - vergi borcu da KƏLLƏ-ÇARXDA...
18 Noyabr 2024 "Unibank"-ın rəhbəri Eldar Qəribovun Fransa "sevgisi" - FOTO
17 Noyabr 2024 Zaur Mikayılovun kadrları yeni təyinatları ilə "gül vururlar" - Qudanın tələbə yoldaşı əmisi oğluna yüksək vəzifə verib
17 Noyabr 2024 ' Dövlətin dərmanları qara yollarla apteklərə verilir'
17 Noyabr 2024  "Belə tibbi xidmətlə xəstəni yalnız öldürmək mümkündür" - BU NƏDİ BELƏ?..

Dünyapress TV

Xəbər lenti