AĞSTAFA TƏHSILINI AĞLAR GÜNƏ QOYANLAR-FOTO,VIDEO
Yenigün məktəbinin direktorunun məktəbdən qovduğu şagird intihara cəhd edib
“Dəryaz” qəzetinin internet səhifəsi olan “Deryaz.az” saytında 17 may 2024-cü il tarixdə “Yenigün məktəbinin qara günləri” sərlövhəli, “Direktor əzizi ölən müəllimlərə icazəni pulla satır” yarımbaşlıqlı tənqidi məqalə dərc olunmuşdu. Ağstafa rayon Elçin Mustafayev adına Yenigün kənd tam orta məktəbində korrupsiya və direktor özbaşınalığının baş alıb getdiyi barədə redaksiyamıza daxil olmuş məlumatlar əsasında hazırlanmış həmin məqalədə söhbət təhsil müəssisəsinin rəhbəri Tamella Bayramovanın həm müəllimlərdən, həm də texniki işçilərdən hər vəchlə rüşvət qoparmaq üçün istədiyi yola əl atmasından, müəllimləri ən adi qüsur üstündə, çox vaxt da əsası olmayan arqumentlərlə şagirdlərin gözü qarşısındaca təhqir etməsindən, onun kobud rəftarından bir çox müəllimin xəstəlik tapmasından, dərs bölgüsündə rəvac verdiyi ədalətsizlikdən, dərs vəsaitləri və ləvazimatları ilə təchizat məsələsində süni surətdə problem yaratmasından, səhər dərsə bir neçə dəqiqə gecikən şagirdləri məktəbə buraxmamasından və s. özbaşınalıqlarından gedirdi.
b_400_300_16777215_00_https___teref.az_uploads_posts_2024-05_1716366934_1.jpg
Onu da qeyd etmişdik ki, redaksiyamıza daxil olan məlumatları dəqiqləşdirmək üçün Regional Təhsil İdarəsinin müdiri Arslan Hacıyevə, müavini Nizaməddin Babanlıya, Ağstafa Təhsil sektorunun müdiri Mədəd Zeynalova etdiyimiz müraciətlər də cavabsız qalıb. Görünür, onlara qızıl alveri ilə məşğul olan, sələmə pul verən, dövlətin məktəbə ayırdığı vəsaiti, A4 formatlı kağız, marker kimi tədris ləvazimatlarını satıb varlanan, rəhbərlik etdikləri kollektivlərə, çiyin-çiyinə çalışdıqları həmkarlarına qan udduran, bir sözlə, pul yığmağı və “yuxarı” ötürməyi bacaran şəxslər sərf edir.

Əvəzində isə redaksiyamıza T.Bayramovanın despotik üsuli-idarəsindən şikayətlər daxil olmaqda davam edir. Belə ki, valideyn Arzu Zaur qızı redaksiyamızın əməkdaşına kamera önündə müsahibə verərək bildirib ki, direktor onun oğlu Nəzərov İlkini “sən qıza oxşayırsan” deyə təhqir edib və saçını qırxaraq məktəbdən qovub. Üstəlik, IX sinifdən xaric edib: “Mənin uşağım vaxtlı-vaxtında dərsinə gedirdi. Qovulduqdan sonra üç aydır depressiyaya düşüb, hətta intihara cəhd edib. Direktor deyir ki, mən Tamellayam, bildiyimi eləyirəm”.
b_400_300_16777215_00_https___teref.az_uploads_posts_2024-05_1716366934_2.jpg
Texniki işçilərdən Zülfiyyə Musayeva deyir ki, ayağı burxularaq xəsarət almış şagirdi həkimə aparmaq üçün icazə istəyib, direktor razı olmayıb, “həkim adı ilə icazə alıb başqa yerə gedirsiz” deyib. Z.Musayeva direktora xatırladıb ki, onun özü də qardaşı oğlunu həkimə aparanda məktəbə gəlməyib. Bundan sonra direktorun acığı tutub: “Sən ki mənim qardaşım oğlunu dilə-dişə salırsan, gör başına nə oyun açacağam!” Z.Musayeva həmçinin bildirib ki, T.Bayramova işçiləri hədələyərkən, “hətta şikayətlərinizlə işdən çıxarılası olsam da, yenidən bərpa olunub sizi işləməyə qoymayacam” deyir.

Məktəbdə ocaqçı işləmiş başqa bir qadın isə deyir ki, ailə başçısını itirib, azyaşlı uşağını saxlamağa maddi imkanı yoxdur. Bununla belə direktor onu işdən qovub, yerində qalması üçün 500 (beş yüz) manat rüşvət istəyib ki, o da verə bilmir.

Mövzuya qayıdacağıq.

Deryaz.az
 

Bölmənin digər xəbərləri

25 Aprel 2025 Bələdiyyə sədrinin yalanı BELƏ İFŞA EDİLDİ - GÖRÜNTÜLƏR
25 Aprel 2025 Göyçayda zülmət qaranlıq şəhəri basan zibilliyi gizlətsədə şəhəri bürümüş kanalizasiya iyini gizlədə bilmir...- FOTO
25 Aprel 2025 Pulun varsa Nizami rayonunda nə istəsən edə bilərsənn - Tik ha tikdir VİDEO
25 Aprel 2025 Gülarə Verdiyevanın GİZLİ PLANI... - İLGİNC İDDİALAR
25 Aprel 2025  Respublika Perinatal Mərkəzinin açılması Dilarə Şirinovaya SƏRF ETMİR? – ŞİKAYƏT/İDDİA
25 Aprel 2025 Mətin Eynullayevin aktivində DAHA BİR NÜANS... - ÇAY YATAĞI SATIŞA ÇIXARILDI
25 Aprel 2025 Daşınmaz Əmlakın Dövlət Reyestri və Kadastrı publik hüquqi şəxsinin 8 saylı Ərazi İdarəsindən ŞİKAYƏT VAR
24 Aprel 2025 “Delta Qrup C.O” rəhbəri Məhəmməd Cahangirzadə ölkədən nə qədər valyuta çıxarıb?
24 Aprel 2025 Cəlilabad sakini “forma 88” üçün həkimin ondan 1500 manat rüşvət istədiyini iddia edir, QARŞI TƏRƏF İSƏ... - ŞİKAYƏT
24 Aprel 2025 Tovuz Dövlət Sosial-İqtisadi Kollecinin direktoru gülünc vəziyyətinə düşüb - Ödənilməyən 7 aylıq əmək haqqının "səbəbi"
24 Aprel 2025 Xırdalanda xaçmazlı Zaur “at oynadır”: “Pulumu verib işimi görürəm”
24 Aprel 2025 Gədəbəyin icra başçısı özünü “siyasi rəhbər” elan edib - FOTO
24 Aprel 2025 Gülsüm Əliyeva həkim deyilmiş: Qanunsuz əməliyyat etdiyi "VMR" klinikası isə... - RƏSMİ AÇIQLAMA
24 Aprel 2025 Daşkəsən İcra Hakimiyyəti 250 min manatı neyləyib?
24 Aprel 2025 Əmrullayevin SON ƏMRİNİN ilginc pərdəarxası: Abşeronda TƏDARÜK VAR... - İLGİNC İDDİALAR
24 Aprel 2025 AAYDA yol tikintisinə görə evini sökdüyü vətəndaşlara dövlət büdcəsindən ayrılmış pulu niyə vermir?
24 Aprel 2025 Şölə "doktor" “Aristokrat”da estetik prosedurları icra edir?
23 Aprel 2025 Adil Əliyevin qanunların əleyhinə fərqli siyasi prinsipi ...
23 Aprel 2025 Dövlət büdcəsini asfaltda əzdilər, qalanını divara suvayırlar... - VİDEO
23 Aprel 2025 Qazax səhiyyəsində SAXTA DİPLOM QALMAQALI... - BU NƏDİ BELƏ?..

Dünyapress TV

Xəbər lenti