Bu binada kimsə oturub... yoxsa İÇİ BOŞDUR?!! - İcra başçısı NƏ ÜÇÜNDÜR Kİ?
“O boyda selin gətirdiyi tullantıları sizcə, hansı torpağa basdırmaq olar? Axı sabah o torpağı qazıb ağac əkəcəksən. Sabah o torpağı sel yuyub aparacaq və çürüməyən plastik tullantılar yenə çayla axıb hansısa gölə, gölməçəyə töküləcək. Suyun üzərində, yaxud altında yığışıb qalacaq və təbiəti məhv edəcək”.

Bu sözləri Teleqraf.com-a açıqlamasında ekoloq Ənvər Əliyev ötən gün sosial şəbəkələrdə Göyçayda tullantıların sel suları ilə qarışaraq yaratdığı acınacaqlı görüntünü şərh edərkən deyib.

Ənvər Əliyev bildirib ki, bu, ilk belə hal deyil: “Belə mənzərənin çox şahidi olmuşam. Bakıdan Balakənə qədər yerləşən ictimai iaşə müəssisələrinin tullantı yeri çay yataqlarıdır – bu, birmənalı belədir. Balaca şəhər tipli qəsəbələr, eləcə də bəzi şəhərlərdə zibil yeşikləri yoxdur, necə biabırçı durumdur, təsəvvür edin. Çay yatağında toplanan tullantılar sel zamanı axınla qarışıb belə görüntülər yaradır. Göyçaydakı videoda daha çox plastik su qabları, selofanlar diqqətimi çəkdi. Onlar da min illərlə çürüməyən, torpağa qarışmayan vasitələrdir. Çox güclü yağış olanda torpağı da yuyub bu cür tullantıları üzə çıxara və yenidən belə mənzələrin şahidi ola bilərik.

Bu məsələdə biz Avropa ölkələrinin təcrübəsindən yararlanmalıyıq. Respublikada hər gün milyonlarla plastik butulkalar atılır. Onlardan istifadə etməyən ailə yoxdur. Bu plastik butulkalar, selofanlar ayrıca toplanmalı və yenidən istehsala buraxılmalıdır”.

"İcra Hakimiyyəti hara baxır?!"

Ekoloq bildirib ki, rayonlarda mütləq zibil yeşiklərinin yanında mütləq plastik butulkalar, selofanların yığımı üçün ayrıca yeşiklər qoyulmalıdır. Rayon İcra Hakimiyyəti hara baxır? Eləcə də rayon bələdiyyəsi, Şəhər Təsərrüfatı Birliyi bu işlə məşğul olmalıdır. Bu çətin məsələ deyil. Ən müasir maşınları alıb gətiririk, amma belə vacib məsələ ilə bağlı maraqlanmırlar. Bunları Göyçayın seli yox, vicdan başa salmalıdır. Sual verirəm, kəndçi əlindəki butulkanı hara atsın? Zibili ya torpağa basdırmalıdır, ya da yandırıb atmosferə bolluca zəhəri yaymalıdır. Ona görə bundan sonra bu məsələyə ən yüksək səviyyədə diqqət ayrılmalıdır”.

Məsələnin təfərrüatlarını araşdırmaq üçün Göyçay Rayon İcra Hakimiyyəti ilə əlaqə saxlamağa çalışdıq. Başçının inzibati ərazi dairəsi üzrə nümayəndəsi Seymur Soltanov hazırda məzuniyyətdə olduğunu bildirdi:

“May ayının 1-dən məzuniyyətdəyəm. Üstəlik rayonda olmadığıma görə bu məsələ ilə bağlı məlumatım yoxdur. Siz Göyçay Şəhər Təsərrüfat Birliyinin rəisi Murtuz Salahovla əlaqə saxlayın, ondan ətraflı məlumat ala bilərsiniz”.

Göyçay Şəhər Təsərrüfat Birliyinin rəisi Murtuz Salahov saytımıza açıqlamasında bildirib ki, Göyçay Rayonunun İcra Başçısının 2011-ci ilin 8 iyun tarixli 51 saylı Sərəncamına əsasən Göyçay Şəhər Təsərrüfat Birliyinin təmirli sahəsinə Qarabaqqal kənd inzibati ərazindən Bakı-Şamaxı yolundan iki kilometr məsafədə dağlıq ərazidə zibil üçün poliqon istifadəsinə ərazi ayrılıb.

“Poliqonun dörd tərəfini xəndəkləmişik. Hər gün də ora 90-100 kub metr zibil boşaldırıq. İdarənin ağır texnikaları yoxdur. Hər ay ağır texnikanı digər təşkilatlardan icarəyə götürüb tullantıları zərərsizləşdirmək üçün müəyyən işlər görürük. Texnikaya olan tələbatımızla bağlı son 6 ayda iki dəfə Rayon İcra Hakimiyyətinə, onlar da öz növbəsində Nazirlər Kabinetinə məktubla müraciət ediblər.
b_400_300_16777215_00_https___teref.az_uploads_posts_2024-05_1715868557_2.jpg
Mayın 13-də axşam saatlarında dolu yağışları yağdı. Dərələrin sel suları poliqona dolub və məişət tullantılarını Bakı-Şamaxı-Yevlax avtomobil yolunun rayonun Qarabaqqal kəndinin ərazisinin keçən hissəsində töküb. Biz həmin ərazidə təmizləmə işlərini həyata keçiririk, həmin tullantılar 12, 13 böyük həcmli kamazlara yüklənib poliqona daşınıb. Bu iş davam etdirilir. Amma təxminən 50-60 hektara yaxın ərazi mövcuddur ki, orda təmizləmə işlərinə başlaya bilmirik. Çünki sel ora tullantıları dağın şirəli və lil torpağı ilə birlikdə gətirib. Ona görə mövcud ərazidə texnika iş görə bilmir. Hava şəraiti düzələn kimi oranı da təmizləyəcəyik.

Bu, təbii fəlakətdir. Bu, bilərəkdən yaxud hansısa səhlənkarlıqdan baş verməyib. Neçə illərdir ki, o poliqondan istifadə olunub, amma birinci dəfədir ki, belə güclü yağış yağıb və onun da nəticəsində sel suları tullantıları ərazidən çıxarıb ətrafa yayıb”.

“Daimi orda təmizləmə işləri aparılsaydı, nəticəsi belə ağır olmazdı. Belə başa düşülür ki, indiki durumda bütün hallarda siz poliqondakı tullantıları tam təmizləyə bilmirsiniz. Bununla bağlı alternativ yollar axtarışındasınızmı?” sualımıza Göyçay Şəhər Təsərrüfat Birliyinin rəisinin cavabı belə oldu:

“Əgər mən desəm ki o ərazini 100 faiz təmizləyib qurtara bilirik, yalan olar. 20 hektara yaxın ərazidir, hər gün ora ən azından 100 kub məişət tullantısı daşınır. Texnika özümüzün olsaydı daimi orda işləyərdi və günlük də tullantılar zərərsizləşdirilərdi. Biz kimdənsə xahiş edib icarəyə götürüb xərclərini çəkib işlədirik. Ayda da onu bizə 5-7 gün ərzində verirlər. Biz maksimum çalışırıq ki, belə hallar olmasın, bundan sonra alternativ yollardan istifadə edib qabaqlayıcı tədbirlər görəcəyik”

Tullantılar necə zərərsizləşdirilir?

Murtuz Salahov bildirib ki, məişət tullantılarını zərərsizləşmək üçün yalnız bir iş prinsipi mövcuddur:

“Yandırmağa Ekologiya Nazirliyi icazə vermir. Buna görə bizi cərimələyərlər. Basdırıb üstünü örtürük”.

Niyə ərazidə tullantıları emal edən müəssisəsi yoxdur?

“O, bizim səlahiyyətimizdə deyil. Amma bu məsələ ilə bağlı Yaponiya səfirliyi ilə söhbətlər aparmışıq, təkliflərimizi vermişik, maraqlanıblar, sadəcə hələki real nəticə yoxdur”.
b_400_300_16777215_00_https___teref.az_uploads_posts_2024-05_1715868557_3.jpg
 
 
 

Bölmənin digər xəbərləri

24 Noyabr 2024 Qazaxın icra başçısının dəlixanaya saldığı məmur danışdı
24 Noyabr 2024 Ağsu RİH “tender kralı“ kimi tanınan ATF şirkətinə 707 manat ödəyəcək - Yenə yol təmir edirlər
23 Noyabr 2024 Samux İcra Hakimiyyətinin tərkibində 600 min manatlıq qəribə “alış-veriş” – Kəlbətin, təkər, izolent, maşın yağı və s…
23 Noyabr 2024 “İnnovasiya və Təchizat Mərkəzi”ndə əməlli-başlı özbaşınalıqdı – Cənab Qurbanov nə fikirləşir…
22 Noyabr 2024 Şüşün kənd sakini Köhünlü bələdiyyə sədrinin "fitri istedadı"ndan yazır...
22 Noyabr 2024  İcra başçısının ünvanına AĞIR İFADƏLƏR... - "Bu intriqada uduzacağını yaxşı bilir..."
22 Noyabr 2024 Hacıqabulda və Beyləqanda COP29 nədir - bilmirlər - Tərəflər Konfransına hazır olmayan təzə icra başçıları CƏZALANACAQLARMI?
22 Noyabr 2024 Naxçıvandakı həbsə İLGİNC REAKSİYA - Vasif Talıbovun kadrı imiş...
22 Noyabr 2024 Dövləti sayan kimdir: QARDAŞLAR BELƏ YEYİR... - DƏLİXANADIR, VALLAH...
22 Noyabr 2024 Baba Rzayevin şəxsi maraqları “Lubristar LLC” MMC ilə harada toqquşdu
22 Noyabr 2024 “ADAU-da nələrin baş verdiyi göz önündədir, di gəl ki,..” MÜRACİƏT /VİDEO
21 Noyabr 2024 Şəmkir sakini sosial yardımından 90 manat tutulmasına etiraz edir – ŞİKAYƏT
21 Noyabr 2024 DÖVLƏT SUBSİDİYA VERİR, SAHİBKAR BADAM BAĞINI LƏĞV EDİR - Böyük şəbəkələr necə "pambıqla baş kəsir"? (Araşdırma)
20 Noyabr 2024 Binəqədi İcra Hakimiyyəti Xocasəndə qanunsuz tikilinin qarşısını ala bilmir – Bəs Arxitektura Komitəsi hara baxır?
20 Noyabr 2024 ADNSU rektorundan şikayət etməyin xeyri yoxdur... - Çünki şikayətlərə də özü cavab verir...
20 Noyabr 2024 Marketin adını “Zəfər” qoyub, su soyuducularına səkidə “düzülüş” verən sahibkar - FOTO
20 Noyabr 2024 COP29 günlərində Bakıda “yaşıl soyqırım” - Nərimanov sakinləri icra hakimiyyətini və tikinti şirkətini ittiham edirlər
19 Noyabr 2024 Göyçayda Şəhadət kənd sakininin pay torpağına göz dikən vəzifəli şəxslər kimlərdir – MÜRACİƏT
19 Noyabr 2024 Goranboy rayon MKTİB rəisinin “qara-qura” əməllərinin pərdəarxası gizlinləri
19 Noyabr 2024 Azərbaycan səhiyyəsinin “ölüm korpusu”, “təhlükəli üçlük” və qazinin ölümlə çarpışan həyat yoldaşı

Dünyapress TV

Xəbər lenti